Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 15:45

Azərbaycanlı cüdoçusu Elmar Qasımov Rio-2016 Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov yarışa 1/16 final mərhələsindən başlayıb. O, rusiya idmançısı, Londonda keçirilən Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionu Taqir Xaybullayevi məğlub edərək 1/8 finala çıxıb.

O bu bu mərhələdə əlcəzairli Lyes Bouyakubla qarşılaşıb və bu dəfə də qalib gələrək ¼ finala çıxıb.


Elmar Qasımov 1/4 finalda misirli Dərviş Ramazanla qarşılaşıb və ipponla qalib gələrək yarımfinala çıxıb. Görüş cəmi 54 saniyə çəkib.

O yarımfinalda ukraynalı idmançısı Artem Bloşenko ilə qarşılaşacaq.

Bu görüşün Bakı vaxtı ilə saat 23.12-də başlamalıdır.

XS
SM
MD
LG