Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:47

Tailandda seçkiqabağı təbliğat kampaniyasına filləri də cəlb ediblər.

Bu ölkədə küçələrdə fil görmək adi haldır, amma bu dəfə fillər bülleten paylayır.

Hakimiyyət bu yolla avqustun 7-də keçiriləcək referenduma daha çox adam cəlb eləmək istəyir.

Referendumda yeni konstitusiyanın taleyi həll olunacaq.

“Təbliğat üçün bizə 5 fil ayırıblar. Ümid edirik ki, referendumda seçki dairələrinə daha çox adam gələcək.”

Ayutthaya əyaləti seçki komissiyasının sədri Suxart Parnprobm deyir.

Təbliğat vaxtı bitdikdən sonra isə fillər Ayutthayadakı “Fil mərkəzi” ndə turistləri əyləndirirlər.

Bu parkda fil sürmək, onları yemləmək və sığallamaq olar.

Tailandda fillərə xüsusi münasibət var.

XX əsrin əvvəllərinədək bu heyvanın şəkliini milli bayraqda da görmək olardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG