Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:50

Qida nə qədər təhlükəlidir?


arxiv fotosu
arxiv fotosu

İyulun 24-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı uşaq qidadan zəhərlənib. Yerli media DİN-in saytına istinadən xəbər verir ki, uşaq qarpızdan zəhərlənərək xəstəxanaya gətirilib və orada ölüb.

Qida nə qədər təhlükəlidir? Qidanın təhlükəsizliyinə nəzarət edən varmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyun Hüseynov qida təhlükəsizliyi ilə bağlı ölkə başçısına müraciət etdiyini deyir. Eyyub Hüseynov bildirir ki, ölkədə qida təhlükəsizliyi ilə bağlı qanun yoxdur:

“Mən elə bu gün ölkə prezidentinin saytına məktub yazmışam. Qeyd etmişəm ki, hörmətli cənab prezident, mən azərbaycanlı istehlakçılaın səsini sənə çatdırmaq üçün müraciət edirəm. Bir neçə bənddən ibarət məktub yazmışam. Burda qidanın təhlükəsizliyi məsələsi önə çəkilib. Ölkənin əmtəə bazarı təhlükəli qidalarla zəbt olunub. Əmtəə bazarı çox sürətlə zibillənir, təhlükəli qidalar ölkəyə daxil olur.

Eyyub Hüseynov
Eyyub Hüseynov

Bu gün vəziyyət belədir ki, hamının bildiyi bir təhlükəli qida satılarsa, heç bir dövlət orqanının ixtiyarı yoxdur ki, ona müdaxilə edib qarşısını alsın. Onlar üçün bir toxunulmazlıq şəraiti yaradılıb. Artıq belə bir şüar çıxıb ortalığa. Mənim VÖİN-im məni qoruyur. VÖİN varsa vəssalam, get istehlakçını aldat, ondan nə qədər pul alırsan al, istehlakçıların həyatı təhlükədə qalsın.

Eyyub Hüseynov: "prezidentə müraciət etmişəm...."
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00
Direct-ə keçid


Azərbaycan istehlakçıları bir ildə öz sağlamlıqlarını qorumaq üçün 4 milyard manat pul xərcləyirlər. Bu, həddindən artıq anormal bir vəziyyətdir. Təhlükəli malların qarşısını almaq üçün ümumdünya səhiyyə təşkilatının rıçaqlarından istifadə edəcəm. Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Ölkədə qida təhlükəsizliyinə dair ümumiyyətlə qanun yoxdur. Qanun olmayan yerdə isə cinayət baş verər”.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov isə bildirir ki, ölkədə qida sahəsinə ümumiyyətlə nəzarət yoxdur:

“Azərbaycanda qida istehsalı, onun satışı sahəsinə nəzarət yoxdur. Bəzən kimlərsə mağazada, bazarda kimlərsə yoxlama aparır. Orda da məqsəd tamamilə başqa şeydir. Əslində məhsulun yoxlanması yox, onlar bazarlara, ümumiyyətlə ticarət obyektlərinə çıxmaqla öz merkantil maraqlarını təmin edirlər.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Bu sahədə ümumiyyətlə hər hansı məhsulun keyfiyyəti ilə bağlı güvənli nəsə demək mümkün deyil. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal prosesində istifadə olunan çoxlu sayda zəhərli maddələr var ki, onlar normativə uyğun deyil. Normadan artıq istifadə olunur. Bu da sonradan zəhərlənməyə gətirib çıxarır, ciddi fəsadlar yaradır. Digır ölkələrdə, xüsusilə Avropa ölkələrində qayda belədir ki, torpağın keyfiyyəti ilə bağlı, suyun keyfiyyəti ilə bağlı fermerin sənədi yoxdursa, həmin fermerə məhsul istehsalı qadağan edilir. Bizdə isə torpağın tərkibi də, suyun keyfiyyəti də yaxşı deyil. Bununla yanaşı istehalla məşğul olurlar. Məhsulu asanlıqla bazara da çıxarırlar. Çünki bu sahədə nəzarət yoxdur”.

""PROBLEM YOXDUR"-DEMƏK OLMAZ

Respublika Gigiena və Epidemiologiya mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev qeyd edir ki, yoxlamaların dayandırılması haqda qanunun qüvvəyə minməsi bu sahəyə də nəzarətə təsir edib. İmran Abdullayev bildirir ki, qida təhlükəsizliyi ilə bağlı işlər görülsə də, birmənalı olaraq problem yoxdur, - demək olmaz:

“Hazırda dövlət orqanları tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması haqda Azərbaycan Respublikasının qanunu qəbul edilib. Bu qanun tələbi ilə dövlət orqanları tərəfindən keçirilən yoxlamaların müddəti 2 il müddətinə dayandırılıb. Yalnız şikayət olduqda İqtisadiyyat Nazirliyinin göstərişi ilə yoxlama aparıla bilər. Bütün hallarda iaşə müəssisələri, bəzi ticarət mərkəzləri, heyvan kəsim sahələri, dönər sahələri, bəzi çörək istehsalı sahələri, kustar yolla alkoqolsuz içkilər istehsalı sahəsini çıxmaq şərti ilə bir çox sahələrdə problem yoxdur,- demək qənaətinə gəlmək olar.

Amma qida sahəsi elə bir sahədir ki, burda birmənalı olaraq hər bir şey qaydasındadır,- demək çətin məsələdir. Son vaxtlar qarpız məsələsi çox hallanır. Açığı, qarpızın ticarətə dövriyyəyə buraxılmasına qədər olan proseslər həyata keçirilməlidir. Qanunvericiliklə qarpız tarlada yoxlanılmalıdır ki, sonra satışa çıxarılmalıdır. Satışa çıxarılandan sonra mümkün deyil. Amma hər halda bu qarpız zəhərlənmələrinin araşdırılmasına ehtiyac var. Qarpız tək yemək deyil. İnsan gün ərzində qidalanır, bunun biri də deyək ki qarpız ola bilər. Qarpızı yeyərkən insan tez bir zamanda dünyasını dəyişə bilməz. Tək qarpızın adını tutmaq lazım deyil. Zəhərlənmiş insan başqa qidaların da adını deməlidir ki, araşdırılsın”.

XS
SM
MD
LG