Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:22

-

Azərbaycan kənd təsərrüfatın inkişafına kömək məqsədi ilə beynəlxalq donor təşkilatların nümayəndələri ilə görüşləri davam etdirir. Bu görüşlərdə əsas tezis kənd təsərrüfati istehsalında dəyər zəncirinin yaradılmasıdır.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.

“2014-cü ildə Azərbaycanın 4 strateji məhsulunun dəyər zənciri təhlil edilib. Təhlil nəticəsində çay, giləmeyvə, ipək, çaxır kimi strateji sahələrin dəyərini artırmaqdan ötrü təhsil, tədqiqat, subsidiyalar və vergi sisteminin qarşılıqlı şəkildə inkişafı məqsədi ilə dövlətin hüquqi çərçivədə önəmli addımlar atmasına ehtiyac duyulduğu müəyyən edilib”,- nazirliyin məlumatına görə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin layihə rəhbəri Olaf Haydelbax deyib.

Verilən məlumata görə, beynəlxalq ekspert Martin Mautner Markhofun isə müzakirələrdə bildirib ki, bazara məhsul çıxarmaqdan ötrü satış kanallarını tapmaqda çətinlik çəkən fermer ilə xammal tapmaqda problemlərlə üzləşən emalçını birləşdirmək vacibdir.

Onun fikrincə, bu da kənd yerlərində gəlirlərin əmələ gəlməsi və inkişaf prosesini sürətləndirəcək. Qida sektorunda idxalın yerli məhsullarla əvəz olunmasına səbəb olacaq və müxtəlif dəyər zəncirlərinin inkişafı üçün yeni texnologiyalar tətbiq etməyə imkan yaradacaq.

Donorların görüşündə Dünya Bankı, Avropa Birliyi, Avropa İnkişaf Bankı, GIZ, USAID və FAO-nun nümayəndələri iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG