Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:49

Məhbus-memar: 'Susduqca sıra sizə gələcək'


Muxtar Vəliyev
Muxtar Vəliyev

«Dəmir barmaqlıqlar arasında məhv edilən günahsız gəncliyimin hayqırtısı ilə bir daha sizlərə səslənirəm. Susduqca sıra sizlərə də gələcək. Həbsxanalarda həyatı çürüdülən günahsız insanları unutmayın».

«SAĞ QALMAĞIMA TƏƏCCÜBLƏNDİLƏR»

10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən memar-dizayner Muxtar Vəliyev AzadlıqRadiosuna ikinci məktubunu göndərib. Məhbusu narahat edən odur ki, bu ilin aprelində ilk məktubu AzadlıqRadiosunda dərc olunduqdan sonra Baş Prokurorluq onunla maraqlansa da, 3 ay keçməsinə baxmayaraq, nəticə yoxdur:

«İlk müraciətimdə müəllifi olduğum layihələrdən qazandığım uğur və mükafatlardan, nailiyyətlərim artdıqca isə MTN işçilərinin diqqətini cəlb edərək rüşvət tələblərindən, bu tələblər ödənmədikdə MTN zirzəmisinə atılaraq işgəncələrə məruz qalmağımdan, intihar həddinə çatdırılmağımdan, sonda isə saxta ittihamlarla 13 illik həbs cəzası almağımdan yazmışdım. Başıma gələnlərlə bağlı 100-dən çox müraciətim 7 ildir ki, nəinki araşdırılmır, heç yazdıqlarıma quru cavab da verilmir. 7 ildə hansı qapını döydüksə, «Heydər Əliyev Fondunun adı, MTN-nin əli var, biz qorxuruq» - dedilər. Beləliklə, hər kəsin ümid və nicat yeri olan Heydər Əliyev Fondunun adı mənim və 3 körpəmin, ailəmin faciəsinə, MTN isə qara kabusuna çevrilib. Nəhayət, AzadlıqRadiosunda çıxan məktubumdan dərhal sonra mənimlə maraqlandılar. Baş Prokurorluğun əməkdaşı Rəşadət Orucov işgəncə faktının araşdırılması məqsədilə 10 saylı Cəzaçəkmə Müəssisəsində mənimlə görüşdü. İşgəncə və intihar faktlarının təsdiqi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıldım. Ekspert Adil Əzimovun rəhbərliyi ilə müayinə olundum. İllər keçməsinə baxmayaraq, işgəncə izlərini, sındırılmış barmaqlarımı, kəsilmiş qollarımı, ağır zərbələrdən qalan çapıqları görən ekspertlər bu vandalizm qarşısında sağ qalmağıma təəccübləndilər».

Buna da bax: Memar-dizayner məhbəsdən yazır: «MTN-də 300 min manat istədilər»

ŞƏRƏF MƏSƏLƏSİ

Muxtar Vəliyev yazır ki, bu işgəncələrin səbəbi Fondun adından istifadə edilərək törədilmiş korrupsiya cinayətinin ört-basdır edilməsindən ötrü əsl həqiqəti bilən yeganə şəxsi – onu susdurmaq idi:

«Məni həbsə atmaqla cinayət işinin əsl mahiyyəti Fond rəhbərliyindən və respublika ictimaiyyətindən gizlədildi. 7 il susduruldum. Yetər! Heydər Əliyev Fondu... Məni bu adla inandırdılar. Məni bu adla həbsə atdılar. Gəncliyim bu adın qurbanı oldu. Bu ədalətsizliyin araşdırılması Heydər Əliyev Fondunun şərəf məsələsidir. MTN işçiləri həqiqətləri və bu cinayət işinin əsl mahiyyətini özündə əks etdirən video və audio sənədləri məhv etdi. Tərəfimdən bütün bu sənədlər bərpa edilərək istintaq və məhkəmə orqanlarına təqdim olunsa da, MTN-in sifarişi ilə araşdırılmadı. AzadlıqRadiosu vasitəsilə müraciətimdən sonra Baş Prokurorluğun hərəkətə gəlməsi, düzü, məni sevindirdi. Düşündüm ki, deyəsən, ədalətin ucu görünməyə başlayır. Təəssüf ki, sevincim uzun sürmədi. Mənimlə 4 saatlıq söhbət aparan, 24 səhifəlik izahatımı alan və «a kişi, sənə nə yaman zülm eləyiblər» deyən müstəntiq o gedən getdi, bir daha gəlmədi. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi isə bir neçə il əvvəlki rəydə yazılanları olduğu kimi yeni rəyə köçürtdü - yəni bədənimdəki xəsarətlərin başıma gələnlərlə heç bir əlaqəsi yoxdur».

Muxtar Vəliyev ölkənin baş prokurorundan «Heydər Əliyev Fondu işi»nin təkrar istintaq olunmasını istəyir.

Buna da bax: Heydər Əliyev Fonduna pullar haradan gəlir?

SƏNƏDLƏRİ İCTİMAİLƏŞDİRƏCƏYİNİ DEYİR

Baş Prokurorluqdan Muxtar Vəliyevin yazdıqlarına münasibət öyrənə bilmədik. Ötən məktubun dərcindən sonra Heydər Əliyev Fondundan zəng vuraraq Muxtar Vəliyevin Fondla hər hansı əlaqəsi olmadığını bildirmişdilər. Qeyd etmişdilər ki, 2009-cu ildə Fondun adından dələduzluq məqsədilə istifadə edən 12 nəfər həbs olunub. Muxtar Vəliyev də onların arasında olub.

Muxtar Vəliyevsə yazır ki, Fonddan milyonluq layihələr əldə etmək üçün yüz minlərlə manat rüşvət vermiş iş adamlarının korrupsiya sövdələşmələrini, ödəniş siyahılarını, obyektlər üzrə qiymətləri və sair faktları əks etdirən audio, video və çap sənədlərini ictimailəşdirmək zorunda qalacaq: «Bu işlərdə Heydər Əliyev Fondunun bəzi vəzifəli şəxslərinin və respublikanın bir sıra ictimai-siyasi xadimlərinin adları hallandırılıb».

Muxtar Vəliyev 25 yaşında şirkət açaraq Avropada təhsil almış, inşaat və memarlıq sahəsində xüsusi təkmilləşmə kursları keçmiş gənc memarları şirkətə cəlb edib. Bir sıra dövlət əhəmiyyətli layihələrə imza atıb. Şirkətin layihələri beynəlxalq sərgilərdə uğurlar qazanıb. Deyir, şirkətin işlərini genişləndirdikcə, sifarişlər, uğurlar artdıqca keçmiş Milli Təhlükəsizlik Nazirliyinin də diqqətini cəlb etməyə başlayıb, 2009-cu ildə keçmiş MTN onun karyerasının üzərindən qara xətt çəkib. İddiasına görə, MTN işçilərinin tələb etdiyi 300 min manatı vermədiyinə görə MTN zirzəmisində və müstəntiqin otağında işgəncələrə məruz qalıb.

Buna da bax: Mehriban Əliyevanın bir sözü və bir gecənin abadlığı

Mehriban Əliyevanın bir sözü və bir gecənin abadlığı
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00
XS
SM
MD
LG