Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:42

Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, ilin əvvəlindən - 5 ay ərzində Türkiyədə 4 mln. 126, 5 min lirə həcmində Azərbaycan kapitallı 29 Səhmdar Cəmiyyət yaradılıb.

Yanvar-may aylarında Türkiyədə Azərbaycan kapitallı 80 şirkət təsis edilib. Həmin şirkətlərin elan edilmiş kapitalı 13,2 mln. lirəni ötür. Bunun 10,2 mln.-nu Azərbaycan təsisçiləri qoyublar.

Bir qayda olaraq, şirkətlərə qoyulan investisiyalar onların fəaliyyəti dövründə genişlənir. Azərbaycandan fərqli olaraq, Türkiyədə şirkətlərin kapitalına investisiya fəallığından asılı olaraq baxılır.

Hazırda Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 1700-ə yaxın şirkət fəaliyyət göstərir. Kapital axını 2013-cü ildən artıb. Həmin vaxtdan ölkədə Azərbaycan kapitallı 600-ə yaxın şirkət açılıb.

Dövlət qeydiyyat orqanı (Vergilər Nazirliyi) ölkə üzrə qeydə alınan şirkətlər və onların qoyduqları kapital barədə məlumatı dərc etmir.

XS
SM
MD
LG