Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 08:54

Rusiya Türkiyəyə qarşı turuzm qadağasını qaldırdıqdan sonra ölkənin turizm şirkətlərində yenidən növbələr yaranıb.

İndi turizm şirkətlərinin operatorlar günə azı 1000 bilet satırlar.

Tur şirkətlərindən birinin nümayəndəsi hazırda işin yenidən canlandığını deyir:

“Türkiyəyə səfər bahaşalır. Özü də aktiv şəkildə”.

Qeyd edək ki, Türkiyə ötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra Moskva ona qarşı bir sıra sanksiyalar tətbiq elədi və Ankara ilə birgə layihələrdən çıxdı.

Ankara təyyarənin onun hava məkanını pozduğunu, Moskva isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.

Amma Türkiyə prezidenti Racep Tayyip Erdogan bu yaxınlarda həmin insitent zamanı ölən pilotun ailə üzvlərindən üzr istədikdən sonra Moskva Turizm sahəsi və çarter reyslərinə qoyduğu qadağanı aradan qaldırdı.

İndi rusiyalı turistlər yenidən Türkiyə kurortlarına üz tuturlar. Amma bəziləri hələ də mümkün hücumlardan ehtiyat edirlər.

“Evdə, Krosnadar diyarında dincəlirəm. Türkiyəyə turların açıllmasına gəldikdə isə deyə bilərəm ki, təhlükəlidir, nəqədər ki, partlayışlar guruldayır ora getməyə həvəsim, istəyim yoxdur", sakinlərdən biri deyir.

Türkiyəyə qarşı sanksiyalardan sonra Rusiyanın turizm sektorunda 15 faiz artım müşçahidə olunur.

Başqa bir tərəfədn isə bir çox rusiyalı iqtisadi böhrana görə yerli kurortlara üstünlük verir.

“Bu il burda, Rusiyada. Maliyyə böhranına görə”, adı çəkilməyən Rusiya sakini deyir.

Qeyd edək ki, hazırda Rusiya ilə Türkiyə arasındak münasibətlər normallaşmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG