Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:59

Devalvasiya hamıya təsir etdi, kitaba isə ikiqat


"Bakumoz" kitab mağazasının sahibi Fərid Kərmov
"Bakumoz" kitab mağazasının sahibi Fərid Kərmov

-

"Azərbaycanda kitab oxuyan yoxdur deyənlər səhv edir, oxuyanlar var təbii ki. Bəzən hansısa naşirdən və ya kitab evi sahibindən bu sualı soruşanda, deyirlər oxuyan yoxdur. O insanlara sual verilməlidir ki, oxuyan yoxdursa, niyə bu işlə məşğul olursan"

Azərbaycanda devalvasiya baş verdikdən sonra, bütün biznes növləri kimi kitab biznesi də devalvasiyadan zərər çəkənlər arasındadır. Bir neçə ildir internetlə kitab sifarişləri alıb xaricdən kitablar gətirən "Bakumoz" kitab mağazasının sahibi Fərid Kərimov da kitab satışının durumu, gömrük haqqlarının və karqo xərclərinin qaldırılmasından şikayətlənir. Oxu Zalı Fərid Kərimovla hal-hazırki kitab biznesinin vəziyyəti ilə bağlı söhbət edib.

- Fərid bəy, Bakumoz kitab mağazası nə qədər müddətdir mövcuddur və nə işlə məşğuldur?

"Bakumoz" kitab mağazasının Bakıda keçmiş mağazası.
"Bakumoz" kitab mağazasının Bakıda keçmiş mağazası.

- Bakumoz kitab evi 2012-ci ildə yaradılıb. Yeni yaradılanda onlayn olaraq başlamışıq. Sonradan mağaza ilə davam etdik. Biz Azərbaycanca və digər dillərdə olan kitabları oxuculara daha rahat və sərfəli şəkildə təmin edilməsi sahəsində fəaliyyət göstəririk. Yadımdadır o vaxt qiyməti 15 türk lirəsi (tl) olan kitabı elə 15 manata da satırdılar. Bakumoz yaradılandan 1 il sonra Türkcə kitabları kitabın arxasındakı qiymətə satmağa başladı. Həmin zamanlar digər mağazalardan bizə təpkilər oldu ki, niyə belə ucuz satırsız, bizim bazarı öldürürsüz və s. Amma oxucular üçün sevindirici oldu deyə indiyə kimi o sistemlə davam edirik və bir çox mağaza artıq bu qiyməti nəzərə alaraq kitab satır. Yaradılandan gündən maksimum dərəcədə çalışmışıq ki, orijinal və oxucular üçün uyğun olan qiymətlər tətbiq edək. Son devaıvasiyadann sonra təzə kitabların qiymətləri bahalaşdığı üçün yaxın vaxtda ikinci əl kitablar gətirəcəyik ki, ucuz qiymətə ala bilsinlər.

- Devalvasiya və yeni gömrük qaydaları sizin kitab mağazanıza necə təsir etdi?

"Bakumoz" kitab mağazasında Fərid Kərmov və oxucu.
"Bakumoz" kitab mağazasında Fərid Kərmov və oxucu.

- Məlumdur ki, devalvasiya xaricdən məhsul gətirən hər kəsə ciddi təsir edib. Kitab sahəsinə bu zərbə ikiqat olur. Devalvasiya işlərimizi 50% azaltdı. Əvvəllər kitablar normal qiymətə gəlirdi, amma indi baha gəlir. Əvvəl 1 tl =0.37 qəpik. İndi 1 tl =0.54 qəpik. Belə nəticəyə gəlmək olar ki, əvvəl 20 tl olan kitab 7.40 manat, indi 20 tl olan kitab 10.80 manat. Bizim oxucu üçün bu böyük fərqdir. Bu səbəbdən kitab oxumaq istəyənlərin təxminən 50%-i ya dost-tanışdan alıb oxuyur ya da kitabın elektron variantını axtarmalı olurlar. Gömrük qaydaları isə karqo şirkətləri qiymətini qaldırdı. Əvvəllər kitabın kilosu 3-4 dollara gəlirdisə, indi 5-6 dollardır. Fərq göz qabağındadır.

Oxucular azalmayıb, əksinə onların sayı çoxalır, amma devalvasiya və gömrük qaydaları qiymətləri təsir etdi və bu da oxucuların kitab ala bilməməsi deməkdir.

- Sosial şəbəkədə yazdığınızdan belə anlaşıldı ki, indi Bakumozu çətinliklə saxlayırsınız. Məsələ, təkcə hökümətin gömrük qaydalarını dəyişdirməsindədir, yoxsa oxucular da azalıb?

- Bəli, hazırda demək olar ki, qazancımla ancaq icarə haqqını, işçilərin əmək haqlarını ödəyirəm. Təxminən 3 aya yaxındır belə vəziyyətdir. Vəziyyətin normallaşmağını gözləyirəm. Oxucular azalmayıb, əksinə oxucu çoxalır, amma devalvasiya və gömrük qaydaları qiymətləri təsir etdi və bu da oxucuların kitab ala bilməməsi deməkdir.

- Bir kitab satıcısı kimi fikriniz maraqlıdır, ölkədə kitabın satışının artması, oxucuların çoxalması və s. hansı proseslərlə əlaqədar olur adətən və oxucuların kitabdan küsüb uzaqlaşmasını nəylə əlaqələndirirsiniz?

- Azərbaycanda kitab oxuyan yoxdur deyənlər səhv edir, oxuyanlar var təbii ki. Bəzən hansısa naşirdən və ya kitab evi sahibindən bu sualı soruşanda, deyirlər oxuyan yoxdur. O insanlara sual verilməlidir ki, oxuyan yoxdursa, niyə bu işlə məşğul olursan. Oxuyan var, çox yoxdur, amma tamamilə yoxdur demək, oxuyanları təhqir etmək kimi bir şeydir. Oxuyanlara dəyər verilməlidir ki, digər oxumayanlar bu dəyəri görməlidir, onlar da kitab oxumağa yönlənməlidir. Oxucuların çoxalması üçün çox tədbirlər görmək olar. Amma təbii ki, buna şərait yaradılmalıdır. Məsələn, təkcə məktəb və universitetlərdə bu barədə tədbirlər keçirilsə, müəllimlər ara-sıra şagirdlərinə kitab oxumanın faydalarından danışsalar və s. oxucular çoxalar. Mən bəzi müəllimlər tanıyıram ki, şagirdlərinə hər tətildə oxumağa kitablar tapşırır, tədbirlərə, kitab təqdimatlarına və s gətirir. Mən inanmıram ki, əgər məktəb və universitetlərdə belə şərait yaradılsa, naşirlər, yazıçılar və s. gedib ora spiker kimi iştirak edərlər.

XS
SM
MD
LG