Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:33

Fransanın AXA sığorta qrupu Azərbaycandakı imkanları araşdırır


ABŞ-da sığorta şirkətinin təqdimatı

ABŞ-da sığorta şirkətinin təqdimatı

"AXA" sığorta qrupu Azərbaycanın həyat sığorta bazarındakı imkanları araşdırır və bu sahəyə investisiya etmək üçün münasib vaxtı gözləyir. Bunu "Report"a açıqlamasında "AXA-Mbask" sığorta şirkətinin İdarə Heyətinin sədri Səlcuq Adıgözəl deyib.

"AXA-Mbask" 1992-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 19,734 mln. manatdır. Səhmlər 100% Fransanın “AXA” sığorta qrupuna (“AXA Seguros Generales, S.A.") məxsusdur.

Səlcuq Adıgözəl deyib ki, onun təmsil etdiyi qrup Azərbaycanda həyat sığortasını inkişaf edən bazar kimi görür və bu sahəyə pul qoymaq niyyətindədir: "Həyat sığortasına investisiya yatırmağı düşünürük. Lakin bunun üçün maliyyə bazarındakı alətlər tənzimlənməli, alternativ variantlar ortaya çıxmalıdır. Biz ən azı 1-2 il öncədən vəziyyəti görə bilməliyik. Başqa elə bir problem yoxdur. Hər zaman bu bazara investisiya etməyə hazırıq".

XS
SM
MD
LG