Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:11

Qeyri-həyat sığortası tənəzzüldədir


Fitch
Fitch

-

«Azərbaycanda həyat sığortası ilə bağlı yığımlar digər MDB ölkələri ilə müqayisədə yüksək çəkiyə malikdir».

APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən VII Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) «Fitch» beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə nümayəndəliyinin direktoru Anastasia Litvinova deyib.

Onun bildirməsinə görə, qeyri-həyat sığortası isə 2015-cı ildən tənəzzülə uğrayıb: «Biz görürük ki, bazarda kapital konsentrasiyası yüksək səviyyədədir. Bir neçə əsas bazar iştirakçısı var. 2015-ci ildə bu sektordan əldə olunan gəlir Rusiya və Qazaxıstan bazarından fərqli olaraq aşağı səviyyədə olub».

A.Litvinova əlavə edib ki, Azərbaycanın sığorta bazarında anderraytinqlə (qiymətli kağızların bazarda yerləşdirilməsi prosesi-red ) bağlı vəziyyət çox bərbaddır: «İnvestisiyalara bu nəticə münasib şərait yaratmır. Bu sektorda olan əsas nailiyyət həyat sığortası ilə bağlıdır. Qeyri-həyat sığortası devalvasiyadan zərər çəkib. Sığorta sektoru bank sektorundan asılıdır. Tənzimləyici qurumlar, banklar tərəfindən bu sektora əhəmiyyət verilmir. Sığorta bazarı ilə bağlı müvafiq tənzimləmələrin olması sistemə kömək edə bilər. İcbari sığortada anderraytinqlə bağlı iştirakçıların sayı məhduddur. Sektorun inkişafı ilə bağlı əsas problem sağlam anderraytinqin olmaması ilə bağlıdır».

XS
SM
MD
LG