Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:32

Van Gogha tam bənzəmək üçün qulağını kəsəcək


Van Gogh və onun isveçli bənzəri Ivar Arpi

Van Gogh və onun isveçli bənzəri Ivar Arpi

-

Kanadalı yazıçı və sənət adamı Douglas Coupland hollandiya rəssamı Vincent Van Gogh-un bənzərini tapmaq üçün aylar öncə “Redheads” adlı bir layihə başladıb. O layihəyənin saytı olan "iamvincent.com"da bildirilir ki, Van Gogha ən çox bənzəyən adama 5000 avro mükafat veriləcək, Vankuverə səfəri təşkil olunacaq və onu əbədiləşdirmək üçün bürüncdən heykəli qoyulacaq. İsveçdən olan namizəd isə seçiləcəyi təqdirdə tam 19-cu əsrin əfsanəvi rəssamı Van Gogha bənzəmək üçün qulağını kəsəcəyinə söz verib.

Van Goghun özü tərəfindən çəkilmiş portreti.

Van Goghun özü tərəfindən çəkilmiş portreti.

Elə bu dəqiqənin özündə Van Gogha ən çox bənzəyən adamın seçilməsi üçün yaradılmış iamvincent.com saytında səsvermə davam edir. Hələlik siyahıya 1400-dən çox səs toplamış isveçli mühafizəkar jurnalist Ivar Arpi başçılıq edir.

Arpi öz işlədiyi qəzet olan “Svenska Dagbladet”ə verdiyi müsahibədə seçiləcəyi təqdirdi Van Goghun tam bənzəri olmaq üçün qulağını kəsəcəyinə söz verib:

Mənim qulağım “seçim vədimdir” və mütləq sözümü tutacağam. Həmçinin qazanacağım pul mükafatının hamısını İsveç səhiyyəsinə bağışlayacam” – deyə bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG