Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

-

«Üstümüzə yanan buludlar səpələnir və atam «Van Gogh yanacaq! Van Gogh yanacaq!»-deyə qışqırırdı...

Yaponiyanın Tokusima prefekturasındakı Otsuka muzeyi Niderland rəssamı Vincent Van Gogh-un yanmış «Günəbaxanlar» rəsm əsərini yenidən canlandırmaq istəyir.

BIR SİLSİLƏDƏN ON BİR ƏSƏR!

Dünyada Van Qoqun düz 11 «Günəbaxanlar» silsiləsi var.

Onlardan biri indiyədək, həm də sağ-salamat Tokio muzeyində saxlanır. Məsələ burasındadır ki, XX əsrin əvvəllərində «Günəbaxanlar» silsiləsindən daha bir əsər Yaponiyaya gəlib çıxır.

RƏSM ƏSƏRİNİ DÜZ 20 MİN İENƏ ALIR

Əsəri Asiya şəhərindən Koyata Yamamoto adlı bir sahibkar və incəsənət həvəskarı 20 min ienə alır.

İndiki pulla bu 200 milyon ien və ya 2 milyon dollar edir.

Koyata Yamamoto bu əsəri «Sirakaba» adlı ədəbi cəmiyyətin xahişi ilə alır.

Bu cəmiyyətin üzvləri o vaxtlar qərb incəsənəti nümunələrinin sərgisini açır və yapon cəmiyyətini xarici ədəbiyyat və Avropa rəssamlarının əsərləri ilə tanış etməyi özlərinin başlıca missiyası sayırdılar.

1945-Cİ İL...YAPONİYANIN BAŞI DƏRDDƏ...

1945-ci ilin avqustunda Koyata Yamamoto-nun evi hava hücumu zamanı yanır...

Yamamoto-nun indi 84 yaşında olan qızı xatırlayır ki, «üstümüzə yanan buludlar səpələnir» və atam «Van Gogh yanacaq! Van Gogh yanacaq! – deyə qışqırırdı... Amma rəsmi xilas edə bilmədik...».

ƏSƏR BƏRPA OLUNACAQ!

İndi mütəxəsislər həmin yanan əsəri bərpa etmək üçün bir üsula əl atacaqlar.

Onlar yanmış rəsmin şəklini keramik taxtanın üstünə köçürüb üstündən əllə yağlı boya ilə işləyəcəklər.

Xarici media yazır ki, yanmış əsərin canlandırılma prosesi oktyabrda tamamlanacaq.

Elə həmin ayda da rəsmin bərpasına həsr olunmuş sərgi keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG