Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:32

-

Türkiyə tərəfi bildirir ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan ölən Rusiya pilotunun ailəsindən üzr istəyir, Putindən yox. Rusiya prezidentinin sözçüsü Peskov isə deyir ki, o, türk dili üzrə mütəxəssidir, Erdoğanın məktubu var, orda üzr istəmək var, daha nə lazımdır?

Türkiyənin baş naziri Binali Yıldırım isə deyib ki, Rusiya ilə buzların əriməsində Azərbaycan və Qazaxıstan liderlərinin böyük rolu olub.

İstənilən halda, belə görünür, Rusiya ilə Turkiye arasinda problem yoluna qoyulur. İndi bunun nəticələri , o cümlədən Azərbaycana mümkün təsiri nə olacaq?

XEYRİNƏ OLA BİLƏR

Elxhan Şahinoglu

Elxhan Şahinoglu

Siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, Rusiya-Türkiyə münasibətləri yaxınlaşarsa, bu Azərbaycanın da xeyrinə ola bilər:

“Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Rusiya isə nə qədər işğalçı Ermənistana yaxın olsa da Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Və biz Rusiyadan silah və sursat alırıq. Bu mənada iki ölkə arasındakı münasibətlərin gərgin olması Azərbaycanın maraqlarına mənfi təsir edirdi. Həm də bundan işğalçı dövlət yararlanmağa çalışırdı. Odur ki, düşünürəm ki, Türkiyə-Rusiya münasibətləri eləcə də Türkiyə-İsrail münasibətləri normallaşma mərhələsinə daxil olsa seçim imkanlarından biz qurtulacağıq.

Düzdür, bu o demək deyil ki, Türkiyə-Rusiya münasibətləri normallaşan kimi bəzilərinin iddia etdiyi kimi Qarabağ münaqişəsinə müsbət təsir edəcək. Mən belə düşünmürəm. Bunun Qarabağ münaqişəsinin həllinə az təsiri ola bilər. Əgər belə olsaydı, təyyarə vurulmamışdan əvvəl Türkiyə-Rusiya arasında 10 il ırzində strateji tərəfdaşlıq olub. Onda Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri olardı. Sadəcə müsbət bir atmosfer yarana bilər ki, bu da Azərbaycanın xeyrinədir”.

SEÇİMDƏN CANINI QURTARACAQ

Jurnalist Seymur Kazımov da düşünür ki, bu yaxınlaşma Azərbaycanı iki qonşu ölkə arasında seçim etmək kimi çətin vəziyyətdən qurtaracaq:

“Təbii ki, Azərbaycanın iki qonşusu arasında münasibətlərin yüksək səviyyədə olması Azərbaycan üçün də müəyyən əhəmiyyət kəsb edir. Çünki Rusiya da, Türkiyə də rəsmi məlumatlarda göstərilir ki, dost ölkələrdir. Strateji tərəfdaş və partnyor ölkələrdir. Azərbaycanın Rusiya ilə kifayət qədər böyük ticarət əlaqələri var. Azərbaycanın soydaşları Rusiyada yaşayır, fəaliyyət göstərir. Türkiyəyə gəldikdə isə Cənubi Qafqaz regionunda bütün beynəlxalq layihələr Türkiyənin iştirakı ilə həyata keçirilir. İki ölkə arasında münasibətlərin normallaşması bu baxımdan Azərbaycan üçün həm strateji, həm iqtisadi, həm də siyasi cəhətdən əlverişlidir. Ən azından Azərbaycan iki ölkə arasında seçim etmək kimi bir seçim qarşısında qalmayacaq. Bu baxımdan yüksək qiymətləndirmək olar”.

YAXŞI HEÇ NƏ...

Siyasi şərhçi Azər Rəşidoğlu isə deyir ki, Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması Azərbaycan üçün yaxşı heç nə vəd eləmir.

“Rusiya və Türkiyə regionun böyük oyunçularıdır. Bu baxımdan bir-birinə ehtiyac duyurlar. Sadəcə olaraq Erdoğanın bu qədər populist və sərt ritorikasının belə çətin dönüşə məruz qalması insanlarda birqədər təəccüb doğurur.

Azər Rəşidoğlu

Azər Rəşidoğlu

Bir il bundan öncə olan hadisə üçün dərhal üzr istənə bilərdi. İndi üzr sözünün olub-olmaması, pilotun ailəsindən, rus xalqından yoxsa prezidentindən istəmək mövzusunu müzakirəyə çıxarmaq manipulyasiyadan başqa bir şey deyil.

Əslində kənardan görünən odur ki, Erdoğan hakimiyyəti təklənməyə başlayıb. Onun elektoratında ciddi parçalanma var. Fətullah Gülən, Abdulla Gül, Bülənt Arınç, Ahmet Davutoğlundan və onların tərəfdarlarından ibarət yeni bir siyasi partiya yarana bilər. Və Erdoğan hakimiyyətinin iflası ilə nəticələnə bilər. Şübhəsiz Qərb və ABŞ belə bir partiya yaranarsa ona dəstək verə bilər. Erdoğan hakimiyyətinə müttəfiqlər lazımdır.Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması Azərbaycan üçün müsbət heç nə vəd etmir. Nə vaxt bu iki ölkə yaxınlaşıbsa, Azərbaycan qurban verilib”.

Şərhləri göstər

XS
SM
MD
LG