Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 23:05

“Prezident Vladimir Putin Rusiya təyyarəsinin vurulmasından sonra ilk dəfə olaraq türkiyəli həmkarı Racep Tayyib Erdoganla telefonla danışacaq”.

Bunu iyunun 28-də Kremlin sözçüsü Dimitry Peskov deyib.

Onun sözlərinə görə söhbət iyunun 29-da baş tutmalıdır və bunun təşəbbüskarı Rusiya tərəfidir.

Amma Peskov deyib ki, münasibətlərin qurulması üçün vaxt lazımdır.

Liderlərin telefon söhbətini bundan əvvəl Türkiyənin baş naziri Binali Yılıdırm da təsdiqləyib.

Türkiyənin ötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, onunla birgə layihələrdən çıxıb.

Qeyd edək ki, Ərdoğan bundan əvvəl Kremlə məktub göndərərək təyyarənin vurulması və pilotun ölümündən təəssüfləndiyini bildirib və pilotun ailə üzvlərindən üzr istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG