Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:27

Stefan Zweig: Cəmiyyət millətçi çılğınlığın arxasınca gedir


Yazıçı Stefan Zweig
Yazıçı Stefan Zweig

-

Stefan Zweigin yazıçı kimi Hermann Bahr, Sigmund Freud, Rainer Maria Rilke, Arthur Schnitzler, Maxim Gorkylə məktublaşdığı məlumdur. O məktublarında ədəbiyyat, ictimaiyyət və o dövrün Avropasındakı siyasi vəziyyət haqda dostları ilə fikirlərini paylaşır. Oxu Zalı Zweigin Sovet yazıçısı Maksim Gorkiyə tarixi məktublarından birini təqdim edir.

Stefan Zweigin​ Maksim Gorkiyə məktubu

Əziz, Dahi Maksim Gorki,

Maxim Gorkylə Zweıg uzun müddət dostluq ediblər
Maxim Gorkylə Zweıg uzun müddət dostluq ediblər

Hazırda əlimdə məktubunuzu və çox dəyərli əlyazmalarınızı tuturam. Məktub senzuradan keçdiyi üçün bir az gecikib. İndi sizə necə təşəkkür edəcəyimi bilmirəm. Yazılarım haqqında söylədiyiniz təriflər məni utandırır. Hələ ki, özümü o qədər təcrübəli hiss etmirəm, bəzi hekayələrimdə psixologiyaya lazımından çox aludə olduğumu da bilirəm. Təəssüf ki, bizlər siz rus yazıçılarında heyran olduğum o ali ədəbi gücə sahib deyilik. Biz avropalılar özümüzə yeni bir yol tapmalı, həyatın həqiqətlərinə qayıtmalıyıq. Siz isə möhtəşəmsiniz, başqa cür də ola bilməzsiniz. Xalqlarımız ruhunu bizə qapayıb, avropalı yazıçılar içinə girə bilmir. Necə olmalıyam? – bunu bilirəm, ona görə də heç cür xoşbəxt ola bilmirəm.

“Naməlum qadına məktublar”ı yayımlayacağınız üçün nə qədər sevindiyimi bilməyinizi istərdim. Ancaq Berlində kitabımçün illustrasiyalar çəkəcək heç kimi tanımıram. Bu günlərdə bacarıqlı, ancaq işsiz o qədər çox rəssam var ki. Bundan başqa “Ay işığı küçəsi” hekayəmi də çap etməyinizə, əlbəttə ki, icazə verir və bundan çox xoşbəxt olduğumu bildirirəm. Jurnalınıza sevə-sevə bir məqalə yollayaram. Ancaq təkcə avstriyalılar haqqında nəsə yazmağım bir az çətindir, çünki bitərəf qala biləcəyimi düşünmürəm. Ən uğurlu məqalələrimi zənnə qapılmadan yazdığım vaxtlar ortaya çıxarda bilirəm. Və heç çəkinmədən sevgimi bağışlayacağım çox az insan tanıyıram... Bu siyahıdakı ilklərdən biri də məncə Hermann Bahrdır. Bu aralar 19-cu əsr Almaniyasının ən böyük şairi Hölderlin haqqında bir kitab hazırlayıram. Bu kitabdan bir hissəni sizə göndərəcəyəm, jurnalda yayımlasanız sevinərəm.

Çox dəyərli Maxim Gorky, Alamaniyada özünüzü çox da xoşbəxt hiss etmədiyinizi düşünürəm: bu məni qorxudur. Yəqin ki, vətənindən çox uzaqlarda, bütün ümidini itirmiş və buna da inanmış bir cəmiyyətin ortasında tamamilə özünüzə qapanmış, özünüzü tənha hiss etdiyiniz vaxtlar olur. Heç olmasa ədəbi fəaliyyətinizin sizi xoşbəxt etdiyinə ümid edirəm. Çünki bu günlərdə Almaniyada sizin səviyyənizdə bir adam tapa biləcəyimizi düşünmürəm. Ən yaxşıları özlərinə qapandılar, görünməz oldular! Gənclər nasizm dəliliyinə qapılıb, heç kim heç kimə qulaq asmaq istəmir. Bəlkə də indi bir vaxtlar Rusiyada başınıza gələn hadisələri burada da yaşayırsınız. Materiyalizm terrorunu, cəmiyyətdəki yadlaşmanı və böyük böhranı. Bu vəziyyətdə sizin üçün ən yaxşısı buralara, Avstriyaya gəlmək olar. Böyük məmnuniyyətlə sizi burada qəbul edəcəklər, mən sizi buna əmin edə bilərəm. Ölkədəki siyasi vəziyyət və gündəlik həyatdakı materiyalizm sizə Almaniyadakı qədər təsir göstərməyəcək. İşləmək əzminizi itirməyin, bu cəmiyyətdə yaradıcılığı ilə bizə lazımlı olan insanlar çox azdır. Amma siz o azlardan birisiniz!

Yazıçı Roman Rolland
Yazıçı Roman Rolland

Rolland da sizin düşündüyünüzdən daha tənhadır. Onun kimi təmiz qəlbli, özünə qapalı bir adamın çox az dostu var. Həyatını hər şeydən əlini-ətəyini çəkmiş bir vəziyyətdə keçirir və onunla da ucalır. Ancaq bu ucalıq insana baha başa gəlir! Mənə inanın, arada özünü elə tənha hiss etdiyi vaxtlar olurdu ki, onun bu halını görüb çox qorxurdum.

Əziz, dahi Maxim Gorky sizə təkrarən təşəkkür edirəm. Bir gün sizi və xanımızı ziyarət etmək istərdim. Bu aralar yollar bağlıdır, ancaq gün gələcək dünya və cəmiyyətlər birləşəcək. O günün gələcəyinə həmişə ümid edək.

Sizə sonsuz heyranlıq bəsləyən Stefan Zweig

Salzburg, 26 sentyabr 1923, Kapuzinerberg

XS
SM
MD
LG