Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:40

-

Tanınmış Avstriya yazıçısı Stefan Zweigin həyatının Braziliya, Argentina və ABŞ-da keçmiş illəri "Stefan Zweig: Əlvida Avropa" filmində yenidən canlandırılıb.

Dünyaca məşhur yazıçı Stefan Zweig nasizmin yüksəlişindən sonra ölkəsindən qaçmağa məcbur edilib və yeni yaşayış yeri kimi Braziliyanı seçib. Amma Braziliya da ona xoşbəxtlik gətirməyib. 1942-ci ildə o özü həyatına son qoyub. 2016-cı ildə onun haqda çəkilmiş yeni filmdə sürgün illərində başına gələnlər təsvir olunur.

Filmin rejissoru Maria Schrader, ssenaristi isə Jan Schomburgdur onlar 2011-ci ildən bəri bu film üzərində işləyirlər və film ancaq 2016-cı ildə hazır ola bilib.

Stefan Zweigin gənclik illəri

Stefan Zweigin gənclik illəri

Filmdə yazıçının Braziliya, Argentina və ABŞ-da keçən gözləntilər və ümüdsüzlük dolu həyatını altı ayrı-ayrı epizodda təsvir olunub.

Filmin rejissoru Maria Schrader "Deutsch welle"yə deyib ki, “Zweig mühacir kimi sığındığı Braziliyada isti qarşılanıb, orda yaşadığı dövr ərzində həyatına heç bir təhlükə olmayıb. Dəhşətlisi budur ki, o doğma vətənini itirmişdi və həyatının qalan hissəsini vətən dərdi ilə yaşamağa məcbur idi. Filmdə onun ümüdsüz sürgün illərində yaşadıqları təsvir olunub”.

“Stefan Zweig: Əlvida Avropa” (Vor der Morgenröte) filminin premiyerası mayın 29-da Leypsiqdə baş tutub və bu günlərdə Almaniyanın müxtəlif şəhərlərində göstərilməyə başlayb.

Günün bütün mövzuları

XS
SM
MD
LG