Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:32

-

2016-cı ilin yanvar-aprel aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına 1,1 milyon manat kredit verilib.

Mərkəzi Bankın məlumatında belə deyilir.

Məlumata görə, ipoteka kreditləşməsinin həcmində kəskin azalma var. Hazırkı göstərici ötən ilin eyni dövrünündən 31,7 dəfə azdır.

Mərkəzi Bank qeyd edir ki, AİF yanvar-apreldə 21,6 milyon manat krediti təkrar maliyyələşdirib. Bu müddətdə fond dövlət büdcəsindən sosial ipotekadan ötrü 14,5 milyon manat alıb.

2015-ci ildə 97 milyon 273 min, 2014-cü ildə isə 99 milyon 927 min manat ipoteka krediti verilib.

AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına 50 min manata qədər, 25 ilədək , illik 8 faizdən çox olmamaqla verilir.

Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər, illik 4 faizədək verilir.

Bu il prezidentin fərmanı ilə ipoteka kreditləşməsinə 200 milyon manat ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG