Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:05

-

2016-cı il mayın 1-ə olan məlumata görə, Azərbaycan iqtisadiyyatında 1 milyon 501 min nəfər muzdla çalışır.

Bu haqda Dövlət Statistika Komitəsindən Azadlıq Radiosuna bildiriblər.

Komitədən deyirlər ki, son bir ayda işləyənlərin sayı 1600 nəfər artıb. Artım əsasən özəl bölmənin hesabına baş verib.

Komitə həmçinin qeyd edir ki, mayın əvvəlinə iqtisadiyyatın dövlət sektorunda 891 min nəfər, qeyri-dövlət sektorunda isə 610 min nəfər çalışıb. Ay ərzində dövlət müəssisə və təşkilatlarında 400 nəfər, özəl müəssisələrdə isə 1200 nəfərin işə götürüldüyü deyilir.

“Muzdla işləyənlərin 22 faizi təhsil, 18 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlər sahələrinin payına düşür. Habelə, 7 faizi isə dövlət idarəetməsi və müdafiə, sosial təminat sahələrində çalışır ”- deyə komitə bildirir.

Tikinti sahəsində 6,4, peşə, elmi və texniki fəaliyyətdə isə 3,6 faizin işlədiyi qeyd edilir

Artıma baxmayaraq, muzdla işləyənlərin sayı ikinci devalvasiya öncəsinə aid göstəricidən geri qalır.

Ötən ilin noyabr ayında muzdla işləyənlərin sayı 1 milyon 504 min nəfərdən çox idi. Ötən noyabrdan bu ilin mayınadək dövlət sektorunda işləyənlərin sayı 13,1 min nəfər artıb, özəl sektorda isə 16,2 min nəfər azalıb.

Aylıq əmək haqqı artıb?

Komitənin məlumatında həmçinin, yanvar - aprel aylarında muzdla çalışan işçilərin orta aylıq əmək haqlarının 487 manatı ötdüyü bildirilir. Həmin aylarda artımın əvvəlki ilin göstəriciləri ilə müqayisədə 7,8 faiz olduğu qeyd edilir.

Mədənçıxarma sənayesi, maliyyə, sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə sahələrində orta aylıq əmək haqqının daha yüksək olduğu bildirilir.Eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində.

Acaq ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Müstəqil iqtisadçılar bildirirlər ki, əmək haqlarını dollara çevirəndə son bir ildə gəlirlərin kəskin azaldığı aydın olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG