Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:47

-

Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 ağırlıqqaldıranının dopinqə görə cəzalanmasına münasibət bildirib.

Nazirlik daim dopinqlə mübarizə apardığını, idmançıları bu istiqamətdə mütəmadi olaraq maarifləndirdiyini qeyd edir. Açıqlamada Azərbaycanda antidopinq üzrə qanun hazırlandığı, orada buna görə, sərt cəzaların nəzərdə tutulacağı ifadə edilir.

“Nazirlik bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yenilikləri, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edir. Bütün lazımı işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək belə hala səbəb ola bilər ” - nazirlik idmançıları maksimal dərəcədə diqqətli olmağa çağırır.

Nazirlik baş verən bu hadisədən “çox narahat” olduğunu, lazımi tədbirlər görəcəyini bəyan edir.

Açıqlamada həmçinin, azərbaycanlı idmançıların yarışlardan diskvalifikasiya edilməsi qərarından apelyasiya şikayəti veriləcəyi bildirilir.

Azərbaycanın 6 ağırlıqqaldıranı dopinq yoxlamasından keçməyib. Beynəlxalq Ağırlıq Qaldırma Federasiya həmin idmançıların hamısını yarışlardan diskvalifikasiya edib.

Dopinqdə “ilişən” azərbaycanlı idmançılar Elxan Əliquluzadə, Silviya Angelova, Firidun Quliyev, Valentin Hristov və İntiqam Zairovdur.

Qərara əsasən, Elxan Əliquluzadə, Silvia Angelova, Firudin Quliyev, Valentin Hristov və İntiqam Zairov 8 il yarışlardan diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında bitəcək. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti isə 2019-cu ilin dekabrınadək nəzərdə tutulub.

V. Hristov həmin çempionatda bürünc mükafat qazanmışdı. Bu qərardan sonra onun medalı əlindən alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG