Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:13

-

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvlərini Beynəlxalq Ağırlıqqaldırma Federasiyası cəzalandırıb.

APA-nın xəbərinə görə, 2015-ci ilin noyabrında ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında dopinq testindən keçə bilməyən Azərbaycan millisinin 6 üzvü haqqında qərar qəbul edilib. Qərara əsasən, Elxan Əliquluzadə, Silvia Angelova, Firudin Quliyev, Valentin Hristov və İntiqam Zairov 8 il yarışlardan diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında bitəcək. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti isə 2019-cu ilin dekabrınadək nəzərdə tutulub.

V.Hristov həmin çempionatda bürünc mükafat qazanmışdı. Bu qərardan sonra onun medalı əlindən alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG