Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27
Euro 2016
Euro 2016

AzadliqLive -Çempionatın ən bahalı komandası Belçikadır

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

14:57 10.6.2016

Çempionatın ən bahalı komandası Belçikadır

Bu gün Fransada başlanan Avropa üzrə futbol birinciliyinin ən bahalı komandası Belçikadır. Belçika yığmasının bütün 23 oyunçusunun qiymətlərinin cəmi 318,9 milyon funt sterlinqdir.

İngiltərənin Mirror qəzeti hər bir komandanın qiymətini ona daxil olan oyunçuların qiymətlərinin cəmi ilə hesablayıb. İkinci ən bahalı komanda Almaniyadır 264,5 milyon. İngiltərə yığması 3-cüdür- 189,7 milyon. Uels yığmasının qiyməti 136 milyondur, bunun 86 milyonu təkcə Garet Bale-in qiymətidir.Onu Real Madrid alanda məhz bu qədər pul ödəyib.

Tək Bale-in qiyməti Şimali İrlandiya (16,4 milyon), Polşa (13,8 miyon), Ruminiya (13,7m), Macarıstan (12 milyon), Albania (9,1 milyon ) və Ukrayna (6,3 milyon) yığmalarının qiymətindən çoxdur.

14:38 10.6.2016

Ermənistana keçən qadın Azərbaycana qaytarılıb

Bu il iyunun 7-də Ermənistana keçən mülki Azərbaycan vətəndaşı bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında geri qaytarılıb.

13:50 10.6.2016

Vizasız giriş yubanır

"The Wall Street Journal"ın Avropa nəşri yazır ki, Gürcüstan, Kosovo və Ukraynanın Avropa Birliyinə vizasız giriş məsələsi yubanır. Blokun böyük üzvləri məsələnin təsdiqini sentyabra qədər ertələyiblər.

12:00 10.6.2016

"100-dən çox dindar qondarma ittihamla tutulub"

Azadlıq A-live-da: Din azadlığı necə qorunur?, Azərbaycandan Hindistana qatarla getmək olacaq, Rusiyada təyyarə qəzası

"100-dən çox dindar qondarma ittihamla tutulub"
Gözlə

No media source currently available

0:00 0:15:09 0:00

Davamı

XS
SM
MD
LG