Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:34

-

Prezident İlham Əliyev iyunun 1-də Böyük Britaniya Baş nazirinin “Caspian Oil&Gas” sərgisinə qatılan ticarət üzrə elçisi Baronessa Nikolsonu qəbul edib.

Bu haqda ölkə başçısının rəsmi internet saytı xəbər verir.

Azərbaycan ilə Böyük Britaniyanın çox yaxşı münasibətlərinin mövcud olduğunu vurğulayan prezident ölkələr arasında qarşılıqlı anlaşma və dəstəyin yüksək səviyyədə olduğunu vurğulayıb. Prezident Böyük Britaniya ilə enerji və digər sahələrdə uğurlu əməkdaşlıqdan danışıb.

Ölkə başçısı həmçinin, Böyük Britaniyanın kənd təsərrüfatı, texnologiyalar, infrastruktur layihələri və digər sahələrdə fəaliyyət göstərən şirkətləri ilə daha fəal əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.

Baronessa Nikolson öz növbəsində ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olmasından məmnun olduğunu deyib. O, ölkələr arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Bakıda 23-cü Beynəlxalq «Caspian Oil&Gas» sərgisi başlayıb. İyunun 4-nə kimi davam edəcək sərgidə dünyanın 200-ə yaxın şirkəti iştirak edir. Sərgidə neft hasilatı, enerjidaşıyıcıların nəqli və saxlanması sahəsində innovativ texnologiyalar nümayiş etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG