Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:15

-

Mayın 29-u Bakı-Qazax yolunun 110 -111-ci kilometrliyində ot örtüyünün yanması ciddi fəsadlar törədib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sonradan yanğın magistral avtomobil yolunun kənarında salınmış yaşıllıq sahəsinə keçib. Həmin sahəni 2008-ci ildə nazirlik salıb.

Mətbuat xidmətinin bildirməsinə görə, yanğın zamanı 1 hektar ərazidə 180 ədəd Eldar şamı yanaraq məhv olub. 90 Eldar şamı, 103 yaşıl göyrüc, 113 akasiya və 60 zeytun ağacına ziyan dəyib.

“Təəssüflə bildiririk ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində səkkizillik ağaclar məhv olub. Magistral yol kənarında artıq meşə zolağına çevrilmiş yaşıllıq sahəsinin bir hissəsi yanaraq külə dönüb”, - deyə mətbuat xidmətindən bildiriblər.

Eldar şamı nadir ağac növü sayılır. 2004-cü ildə 2000 hektara yaxın Eldar şamı sahəsini Göy-göl Qoruğundan ayıraraq müstəqil Eldar Şamı Qoruğu yaradılıb. İynəyarpaqlarında C vitamini və karotin olduğu bildirilir. Gövdəsi yaxşı tikinti materialıdır.

Müstəqil növ kimi alimlər tərəfindən qəbul edilərək Beynəlxalq Nomenklaturaya daxil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG