Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:54

Çağdaş İran fars şeirindən seçmələr


Tehranda kitab dükanı
Tehranda kitab dükanı

-

Fars dilindən çevirən: Elşən Böyükvənd

Sanaz Davudzadə
Sanaz Davudzadə

Sanaz Davudzadə

Şeirlər

1

Dünənləri

Çadrasının güllərində itdi

Bu gün

Bir alma çiçəyində bulundu.

2

Dustağa və ölümə çevrilir

Yazdığım hər bir şey

Xəstələnmiş əlifba ilə

Azadlığı işarə dilində yaşamaq gərək.

3

Göyə yamaq vurmaq üçün

Göyərçinlə sərçə gətizdirmək yerinə

Qoy qarğalar çevrəndə otursun

Bütün quşların uçuşu eynimənalıdır.

Lale Memnun
Lale Memnun

Lalə Məmnun

Şeirlər

1

Yorğunam, bilirsən
Küləyin kürəyində yeriyərkən
Hər yolçunun çiyni bir xiyabandır.

2
Pəncərələr vəsvəsəsi əlindən
Daha bütün qapıları açıq qoymuşam
Dustaqlar
Azadlığı qonşu divarını aşmış insanların payıdır.

3
Bax
Qələm dodağından unudulmuşdur ağzım
Şair insan axınından dili tutulmuş kəlmələrdir
Və sözün üsyan tarixini bilən
Səssizlikdən savayı
Eşq əruzunu pərişanlaşdırmağa
Giley yoxdur şeirim rədifində.

Yadulla Royayi
Yadulla Royayi

Yədulla Röyayi

Şeirlər

“Sükut”


Boğazımda bir dəstə gül idi sükut
Sənin açıq gözlərin
Və öpüşümün əsintisi idi
Qıyının şərqisi
Dənizlərdə külək quşu
Yüzlərcə səsin yuvasında didərgin idi
Dənizlərdə quş
Yorğun idi
İldırımın islaq səsi
Və işıq, ildırımın nəmli işığı
Sularda
Dəniz odu ila parlayan bir ayna çəkdi
Öpüş əsintisi

Açıq gözlərin və külək quşu alovlandılar
Boğazımda
Bir dəstə gül idi sükut.

“Çılğın Bahar”

Səninlə
Ağaca dırmaşan bir çılğındır bahar
Dırmaşır
Küləyə qədər
Küləklə, ağacdan yuxarı düşürəm

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG