Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:07

Fars dilindən Azərbaycan dilinə 30-a yaxın müəllif


Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli

-

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı yaxın günlərdə işıq üzü görəcək. Bu barədə dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib.

O, dərginin 2016-cı ildəki ilk sayının bütövlükdə yeni dövr İran ədəbiyyatına həsr edildiyini deyib. 30-a yaxın müəllifin yaradıcılığını əhatə edən bu sayda XX əsrin 40-cı illərindən etibarən yaranmağa başlayan, müxtəlif növlər və janrlar üzrə inkişaf edən, çağdaş forma və məzmuna malik İran ədəbiyyatı nümunələri yer alıb.

Seyfəddin Hüseynlinin Kulisə dediyinə görə, dərgidəki bütün materiallar, istisnasız olaraq, orijinaldan – fars dilindən tərcümə edilib:

“Dərginin kifayət qədər iri həcmə malik yeni sayına zəmanəmizin ən məşhur İran ədiblərinin yaradıcılığını dolğun şəkildə əks etdirən roman, pyes, poema, hekayələr, şeirlər daxildir. İcmal və təhlil məzmunlu iki geniş məqalə müasir İran nəsri və poeziyasının mənzərəsinə xeyli dərəcədə aydınlıq gətirir.

Tərtibatda istifadə olunan rəsmlər və fotolar isə, illüstrasiya rolu oynamaqdan daha çox, çağdaş İran kinosu və rəssamlıq sənətinin uğurlarından xəbər verir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG