Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:25

50-yə qədər müəllif, 320 səhifə...


-

«Dünya ədəbiyyatı» dərgisinin yeni sayı bütünlüklə rus ədəbiyyatına həsr edilib.

Rus ədəbiyyatının 1950-ci illərdən günümüzə qədər olan mühüm bir dövrünü əks etdirir.

“Dünya ədəbiyyatı”nın baş redaktoru, tərcüməçi və esseist Seyfəddin Hüseynlinin sözlərinə görə, oxuculara Aleksandr Soljenitsın, Vasili Belov, Yuri Trifonov, Varlam Şalamov, Vasili Aksyonov, Aleksandr Yaşin, Vasili Şukşin, İlya Erenburq, Aleksandr Fadeyev, Fazil İskəndər, Viktoriya Tokareva, Sergey Dovlatov, Viktor Pelevin, Roman Sençin, Zaxar Prilepin, Yuz Aleşkovski, Yuri Kazakov, Yevgeni Yevtuşenko, Vladimir Sokolov və bir çox başqa yazarların əsərləri təqdim edilir.

Rus ədiblərinin əsərləri Anar, Xəlil Rza, Səyavuş Məmmədzadə, Aslan Qəhrəmanlı, Hüseynbala Mirələmov, Asif Hacıyev, Səlim Babullaoğlu, Cavanşir Yusifli, Elçin Hüseynbəyli, Qoca Xalid, Azad Yaşar, Seyfəddin Hüseynli, Qismət, Rəbiqə Nazimqızı, Mətanət Vahid, Nəcibə Bağırova, Şəfiqə Şəfa, Könül Həsənqulu, Günel Şamilqızı və Könül Nəhmətovanın tərcüməsində çap olunub.

“Dünya ədəbiyyatı” dərgisinin yeni sayının – rus ədəbiyyatına həsr edilmiş buraxılışının təqdimat mərasimi mayın 20-də saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG