Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:42

-

«Avropa ölkələri ilə əməkdaşlığımız genişlənir. Həm ikitərəfli formatda çox gözəl əlaqələrimiz var, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı istiqamətində böyük işlər görülüb və görülməkdədir. Hazırda münasibətlər yüksələn xətlə inkişaf edir. Bu, bizi sevindirir, əminəm ki, Avropa qurumlarını da sevindirir».

«Report»un xəbərinə görə, bunu prezident İlham Əliyev mayın 27-də «Buta» Sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın Avropa İttifaqının 8 üzv ölkəsi ilə strateji tərəfdaşlığı haqqında sənədlər imzalanıb və ya qəbul edilib.

«Bu, Avropa İttifaqına üzv ölkələrin üçdə bir hissəsidir. Bütövlükdə, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin formalaşdırılması istiqamətində təkliflər indi masa üzərindədir. Ümid edirəm ki, yaxın zamanlarda ciddi danışıqlar başlanacaq», – deyə İlham Əliyev bildirib.

Xatırladaq ki, Azərbaycan Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir. 2004-cü ildən Azərbaycan «Şərq Tərəfdaşlığı» Proqramında yer alır. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi olan Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxildir. Bu ölkələrdən Moldova, Gürcüstan və Ukrayna Avropa İttifaqı ilə Assosiativ üzvlük haqda saziş imzalayıb. Azərbaycan isə çoxtərəfli assosiativ üzvlükdən imtina edərək ikitərəfli strateji əməkdaşlıq haqında saziş bağlamağa üstünlük verir. Bəzi ekspertlər isə bunu rəsmi Bakının avrointeqrasiya kursundan imtinası kimi dəyərləndirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG