Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:01

-

"Azərbaycanda müsəlman aləmində ilk demokratik respublikanın yaranması tarixi hadisədir".

APA-nın xəbərinə görə, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilən rəsmi qəbulda çıxışı zamanı prezidentİlham Əliyev deyib.

*Azərbaycanda baş verənlərdən xəbərin var? Youtube Kanalımıza abunə ol və videoları izlə

Dövlət başçısı qeyd edib ki, Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqın qəlbində daim yaşayacaq: "Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan SSRİ-nin tərkibində mürəkkəb yol keçib. Həmin illərdə elm və təhsil sahəsində, neft sənayesində müəyyən irəliləyişlər olub”.

O, Heydər Əliyevin birinci dəfə rəhbərliyə gəldikdən sonra Azərbaycanda gedən inkişaf proseslərindən danışıb. Müstəqilliyin ilk illərində ölkədə çətin vəziyyətin olduğunu söyləyib: “Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinin əsası qoyulub, azərbaycançılıq ideologiyası bərqərar olub. 2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Xalqımız bir amal ətrafında birləşib. Azərbaycanın dayanıqlı, uzunmüddətli inkişaf strategiyası təmin edilib”.

Dövlət başçısı 28 May - Respublika günü münasibətilə xalqı təbrik etməyi də unutmayıb.O, Qarabağ münaqişəsindən də danışıb:

“Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb”

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan xalqı və dövləti torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək”.

Prezident bildirib ki, Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir, iqtisadiyyat şaxələndirilir, islahatlar aparılır: “Bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi ilə bağlı icrası nəzərdə tutulan bütün tədbirlər görüləcək. 2016-cı ilin də ölkəmiz üçün uğurlu olacağına əminəm. Qazanılan bütün nailiyyətlər ancaq müstəqillik illərində əldə olunub. Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, müstəqil ölkəyik, azad xalqıq. Biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq, bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik”.​

“Demokratiya inkişaf edir, bütün azadlıqlar təmin edilir”

Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq nüfuzu artır, qarşıya qoyulan vəzifələr uğurla icra edilir:

“Bundan sonra da ölkədə sabitlik və təhlükəsizlik təmin ediləcək. Xalq-iqtidar birliyi möhkəmlənir, demokratiya inkişaf edir, bütün azadlıqlar təmin edilir. Ölkəmizə qarşı müşahidə olunan ikili standartlara son qoyulmalıdır”.

Prezident deyib ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib: “İndiki şəraitdə bu, dünyaya bir mesajdır. Xarici siyasətdə Azərbaycanın maraqları uğurla təmin olunub”.

Həmçinin bax: AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG