Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:07

Vərəm üçün daha sürətli və ucuz müalicə


Vərəm xəstəsi öz rentgen şəklinə baxır, arxiv fotosu

Vərəm xəstəsi öz rentgen şəklinə baxır, arxiv fotosu

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vərəmin ağır formaları üçün daha sürətli və ucuz müalicə planı tövsiyyə edib. Bu yenilik bu ölümcül xəstəlikdən əziyyət çəkən minlərlə insanın sağalmasına kömək edə bilər. ÜST rəsmisi deyib ki, bu, vətəmin dərmanlara qarşı dayanıqlı formalarının (MDR-TB) müalicəsi ilə bağlı "böhranı" həll etmək yolunda mühüm addımdır. Qurum bildirib ki, yeni müalicə planı 9-12 ay ərzində tamamlana bilər. Bundan əvvəl tövsiyyə olunan müalicə planı 2 il çəkirdi.

Cənubi Afrika qızıl şirkətlərinə qarşı silikoz işinə icazə verib

Cənubi Afrikanın Ali Məhkəməsi isə qızıl mədənlərində işləyən zaman silikoz və vərəm kimi ölümcül xəstəliklərə yoluxmuş yarım milyona qədər mədənçinin qızıl şirkətlərindən təzminat tələb etməsini nəzərdə tutan məhkəmə işinə yaşıl işıq yandırıb. Bu, Afrikanın ən sənayeləşmiş ölkəsi olan Cənubi Afrikanın tarixində ən böyük qrup məhkəmə işi olacaq. Təhlilçilər bu işin qızıl şirkətlərinə yüz milyonlarla dollara başa gələ biləcəyini deyirlər.

Avtomobilin yan şüşələri ultrabənövşəyi şüalardan qorumur

Son tədqiqatların nəticələrinə görə avtomobilin yan şüşələri günəşin zərərli təsirindən qorumur. Odur ki, maşında olan zaman, hətta maşın sürən zaman günəş eynəklərindən və günəş kremlərindən istifadə etmək yaxşı olardı. Avtomobilin ön şüşəsi günəşdən gələn ultrabənövşəyi şüaların əksər hissəsinin qarşısını alsa da maşının qapılarındakı şüşələrının şüalardan qoruma dərəcəsi fərqlənir. Günəşin zərərli radiasiyası mirvari suyu və dərinin qocalmasına gətirib çıxara bilir.

Məktəblərin yanındakı klinikalar

ABŞ-ın Alabama ştatında qəbul edilmiş yeni qanun məktəblərin yaxınlığında yerləşən abort klinikalarının bağlanmasına səbəb ola bilər

Alabama qubernatoru Robert Bentley ötən həftə klinikalarla dövlət məktəbləri arasındakı məsafəyə məhdudiyyət qoyan qanuna əlavələr edib. Bu əlavələrə görə ikinci trimestr ərzində hamiləliyə son qoyma prosedurları da qadağan edilir. Respublikaçı qubernator bu vaxta qədər aborta qarşı iki qanun imzalayıb.

Müalicənin müddəti irqdən asılı imiş

ABŞ alimləri belə qənaətə gəliblər ki, süd vəzi xərçəngindən əziyyət çəkən qadınların nə qədər ağrıkəsici müalicə alması onların dərilərinin rəngindən asılıdır. Alimlər öz araşdırmalarında ABŞ hökumətinin yaşlılar üçün olan Medicare proqramındakı məlumatlardan istifadə ediblər.

Regeneron şirkətinin rəhbəri tənqidləri qeyri-elmi adlandırıb

Regeneron Pharmaceuticals şirkətinin rəhbəri Leonard Schleifer şirkətin xolesterol səviyyəsini aşağı salan yeni preparatının qiymətini tənqid edən qrupun məsələyə qeyri-elmi yanaşdığını deyib. Bostonda yerləşən Kliniki və İqtisadi İcmal İnstitutu (ICER) ötən il bu preparatların "Regeneron"un , partnyorları olan "Sanofi" və "Amgen Inc."-lə birlikdə qoyduğu qiymətlərdən 67% daha ucuz olmalı olduğunu bildirmişdi.

Elm xəbərləri

Malyariyanın diaqnozu üçün nəfəs testi

Alimlər bildiriblər ki, tezliklə malyariyanı müəyyənləşdirmək adi nəfəs testi qədər asanlaşa bilər. Sent Lüisdəki Washington Universitetindən pediatriya və molekulyar biologiya professoru doktor Audrey Odomun sözlərinə görə bu, sürücülərin alkohol testinə bənzəyəcək.

SpaceX Dragon yük kapsulu Sakit okeana düşüb

NASA xəbər verir ki, içərisində Beynəlxalq Kosmik Stansiyadan göndərilmiş 1680 kiloqram yük olan SpaceX Dragon kapsulu Sakit okeana düşüb. Bu, bir il ərzində stansiyadan göndərilmiş ilk yük idi. Keçən ilin iyununda baş vermiş qəza nəticəsində başqa bir pilotsuz kapsul məhv olmuşdu.

'Hyperloop' ABŞ səhrasında elektromaqnit dalğaları vasitəsilə hərəkətə gətirilib

Çərşənbə günü Nevada səhrasında "Hyperloop" adlı nəqliyyat sisteminin ilk uğurlu sınağı baş tutub. Enerjini elektromaqnit dalğalarından alan avtobil ölçüsündə olan bu qurğunun sürəti saatda 160 kilometrə çatıb. Hyperloop One Elon Muskın texniki vizionunu reallaşdırmağa çalışan bir neçə şirkətdən biridir. Elon Musk SpaceX raket düzəldən şirkətinin və Tesla Motors avtomobil şirkətinin yaradıcısıdır. O həmçinin içərisində sərnişinlər və yük olan nəhəng silindrik vakuum maşınların Lons Anceles və San Fransisko arasında hərəkət etməsini təklif edib.

3 ulduz sistemli Yupiterə oxşar planet, arxiv fotosu

3 ulduz sistemli Yupiterə oxşar planet, arxiv fotosu

1284 planet Günəş sistemi xaricində olan planetlər siyahısına əlavə edilib

Astronomlar Günəş sistemi xaricində həyat üçün yararlı ola biləcək daha 1284 planet kəşf ediblər. Alimlər deyirlər ki, onlardan 9-unun orbiti onların səthində həyat formalarını dəstəkləyə biləcək suyun ola biləcəyini ehtimal etməyə imkan verir. Bununla da Günəş sistemi xaricində kəşf olunmuş belə planetlərin sayı 3264-ə çatıb. Ekzoplanetlər adlanan bu planetlər toplusu NASA-nın Yer kimi yaşayış üçün yararlı planetlər axtarışında olan Kepler teleskopu vasitəsilə aşkar edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG