Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:29

►Dövlət rəsmisi: “Bakıda içməli su standarta uyğundur”

QHT təmsilçisi isə deyir, paytaxtda sakinlər hansı mənbənin suyunu içdiklərini bilmirlər

“Su gündəlik gəlir, şikayətimiz yoxdur, duruldub verirlər, amma dadsızdır”.

Bakının Əhmədli kəndində yaşayan Rəfiqə Hüseynova deyir ki, qablar ərp bağlayır, bəzən də sudan xlor dadı gəlir:

“Ona görə içməli suyu pulla alırıq. Yenə onların dadı olur, amma krandan gələn suyu mütləq qaynadıb içirik, hətta qonum-qonşu bəzən pambıqla süzür ki, çöküntüsü getsin”.

Hüseynovlar ailəsi də evə gələn içməli suyu daşdan süzüb sonra qaynadır, amma yenə də ağızları dadlanmır:

“Bircə rayona gedəndən- gedənə yaxşı su içirik”, o əlavə edir.

Paytaxtın Yasamal rayonunda yaşayan Təranə Məmmədova da içməli suyu süzməyə 20 manata qurğu alıb:

“Su bu daşın içində də ərp bağlayır, saralır. Amma neyləmək olar, krandan içməkdənsə, süzülmüş suyu içirik. Yeni öyrənmişəm ki, suyu donduranda tərkibində zəhərli nə varsa, məhv olur. İndi daşdan süzürəm, sonra onu bir gün soyuducuda dondururam. Bundan sonra içirik”.

“Bəzi su anbarları təmizlənmir”

Bakıya verilən içməli suyun tərkibi standartlara uyğundur. “Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Anar Cəbrayıllı belə deyir.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasına verilən müxtəlif su mənbələrində toplanan və sonra ərazilərə verilən içməli suyun keyfiyyətində heç bir problem yoxdur:

“Ötən il prezident İlham Əliyevin də iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi açıldı. Burda emal edilən su ən yaxşı tərkiblidir. Tam əminliklə deyə bilərəm ki, Bakı şəhərinə magistral kəmərlərlə paylanan suyun tərkibində heç bir problem yoxdur”.

Bəzən “Azərsu” da sakinlərdən şikayət alır. Anar Cəbrayıllı deyir ki, bu zaman araşdırma aparırlar və bir çox hallardaməlum olur ki, problem binadaxili və ya mənzilə gedən su paylayıcı şəbəkədədir. Belə ki, Bakıdakı yenitikililərin özlərinin su anbarları var və rəsminin sözlərinə görə, bəzən bu anbarlarda təmizləmə işləri vaxtlı-vaxtında aparılmır.

“Biz hər yerdə monitorinq aparırıq”

Anar Cəbrayıllı deyir, “Azərsu” vaxtaşırı istər məhəllədaxili, istər mərkəzi su anbarlarında monitorinq aparıb suyun keyfiyyətini öyrənir və plana uyğun dezinfeksiya işləri görür. O, mərkəzi laboratoriya işə salınandan sonra yoxlanan su mənbələrinin sayını artırdıqlarını bildirir:

“Suyun tərkibinə nəzarəti Səhiyyə Nazirliyinin yanında Sanitar-Epidemioloji Mərkəz aparır. Onlar da zəmanət verirlər ki, içməli su standartlara uyğundur. Bəzən su bulanıq gəlir, bu da hardasa baş verən qəzayla bağlıdır ki, fəsadları aradan qaldıran zaman suya torpaq qarışır. Ancaq bu da tez zamanda aradan qaldırılır”.

Bakıda çox adamın qapısını sutəmizləyici qurğu satan firma əməkdaşları döyür. “İçdiyiniz suyun tərkibini bilmək istəyirsiniz?” soruşub mənzilə gələn suyu qurğudan keçirirlər. Bu zaman suda bulanıqlıq müşahidə edilir. Anar Cəbrayıllı deyir ki, “sutəmizləyici qurğu” kimi təklif olunan ləvazimat elektrolizdir:

“Bunu istənilən suya salanda orda reaksiya gedir və suyun tərkibində olan bütün mineral və digər maddələr çökür və suda göyümtül təbəqə yaranır. Onlar camaatı aldadırlar ki, içdiyiniz su çirklidir. Halbuki, bunu ən şəffaf suya da salsan, həmin təbəqə yaranacaq”.

____________________________________________________________

Bunlara da bax:
Tale Bağırzadə ev dustaqlığına buraxılmadı
Gənc fəalların yeri bilinmir

____________________________________________________________

“Laboratoriyalar dövlət monopoliyasındadır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, onlar suyun tərkibinə dair şifahi şikayətlər alırlar, kimisi deyir, kranın gözünün tutulduğunu, kimisi palçıq gəldiyini deyir. O, Bakıya verilən içməli suyun tərkibi ilə bağlı problemlər olduğunu hesab edir, ancaq bu sahədə ciddi işlər getdiyini də əlavə edir:

“Təəssüf ki, bir çox yerdə boru kəmərləri köhnədir, texniki suların içməli suya qarışması halları olur. Bir də suyu analiz edən laboratoriyaların sahibi dövlət qurumlarıdır və onlar ictimai qurumların tədqiqat aparmasına şərait yaratmırlar. Laboratoriyalar dövlət monopoliyasındadır”.

Eyyub Hüseynov onu da əlavə edir ki, paytaxt sakinləri hansı mənbədən su içdiyini bilmir,çünki mənzillərə su ayrı-ayrı mənbələrdən gəlir.

Türkiyə vətəndaşı suyu müstəqil laboratoriyalarda yoxlada bilər

Türkiyənin Manisa Köy Hizmətlərinin keçmiş əməkdaşı Hakkı Erduranlı deyir ki, onlar kəndlərdə su mənbələri tapanda ilk növbədə laboratoriyaya nümunə göndərirlər, əgər onun içməli olduğu, standartlara cavab verdiyi təsdiqlənərsə, bundan sonra suyun çəkilməsi ilə bağlı layihələndirmə aparılır, digər işlər görülür:

“Türkiyədə hər bir vətəndaş içdiyi və ya istifadə etdiyi sudan götürdüyü nümunəni istər dövlət, istər müstəqil laboratoriyalara təqdim edə bilər. Əgər cavabda suyun tərkibi standarta uyğun gəlməsə, vətəndaş içməli suya məsul şəxsləri məhkəməyə verə bilər”.

Hakkı Erduranlı deyir ki, Türkiyədə vətəndaşlar mənzillərə, evlərə gələn suyun tərkibindən xəbərdardırlar:

“Məsələn, suyun tərkibində kirəc var, amma standartlara uyğun həddədir. Amma vətəndaş kirəcli su içmək istəmir, daha təmiz su istəyir, ona görə puluyla bulaq suyu alır”.

Buna da bax: Suyun ən yaxşı hədiyyə olduğu kənd-Siyavar...

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Səmra haqda Faiq Ağayevlə Mübariz Tağıyevin fikirləri haçalanır
Heydər Əliyevin heykəli üzərinə “Gül bayramına yox deyək” yazısına görə tutulanlarn olduğu bildirilir

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Gömrük müəmması. 140 milyon dollar yoxa çıxıb

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG