Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:40

►Mingəçevirin “Bağlar massivi”nin sakinləri narahatdır

“Bəxtimiz gətirdi ki, bu dəfə, əvvəlkilərdən fərqli olaraq, leysan tez kəsdi. Azca da davam etsəydi, evlər yenə su altında qalacaqdı”.

Mayın 9-da axşam saat 10-dan 12-dək Mingəçevirə yağan leysan “Bağlar massivi”nin sakinlərini təşvişə salıb. Güclü yağışdan sonra yaranan sel suları massivdəki yolları su altında qoyub. Yeraltı elektrik naqilləri sıradan çıxıb. Bu səbəbdən də ərazi işıqsız qalıb.

“KEÇİLMƏZ YARĞANLAR ƏMƏLƏ GƏLİB”

Əhməd Məcidov “Bağlar massivi”ndə yaşayır. Deyir, küçələrdə əmələ gələn gölməçələr gün ərzində piyadaların və avtomobillərin hərəkətində çətinliklər yaradıb:

“Həyətlər su ilə dolub. Şükür ki, evlərə çox zərər dəyməyib. Əkin sahələrimizi qalın lil qatı örtüb, küçələrdə palçıqdan addım atmaq olmur. Keçilməz su gölməçələri, yarğanlar əmələ gəlib”.

“Bağlar massivi”nin sakinlərinin narahatlıqları ondandır ki, əraziyə əvvəllər də sel gəlib. Onlarla ev suyun altında qalıb, təsərrüfatlara xeyli zərər dəyib. Ancaq rayon rəhbərliyi növbəti fəlakətlərin qarşılanmasına görə tədbir görməyib. Sakin Əlibaba Salahov:

“MƏHSULUM ZAY OLDU”

“2 il əvvəl 200-ə yaxın toyuq-cücəmi sel apardı. Əkin sahəm suyun altında qaldı, məhsulum zay oldu. Həyətdəki iki tövlə, hasar dağıldı. Hökumət əl tutmadı, hamısını özüm çox çətinliklə aradan qaldırdım. Keçən il yenə sel gəldi, yenicə tikdiyim tövlə, hin dağıldı, toyuq-cücəm su altında qaldı. Bu gün yenə vahimə içindəyəm. Mən təsərrüfatımı artırıram, evimi düzəldirəm, sel gəlir, alıb aparır”.

Sakin rayon rəhbərliyindən sel sularının qarşısının alınmasından ötrü xüsusi bəndlərin tikilməsini istəyir.

Mingəçevir şəhər icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, şəhər fövqəladə hallar komissiyasının nümayəndələri “Bağlar massivi”nə baxış keçiriblər. Yollara dolan suyun çəkilməsi üçün xüsusi nasoslar quraşdırılıb, su tamamilə çəkilib. Sakinlərin tələbinə gəlincə, qurum müəyyən tədbirlər görüldüyünü desə də, təbii fəlakətin qarşısının tamamilə alınmasını mümkünsüz sayır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG