Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:49

Zakir Həsənov yeni hərbi hissənin açılışında- [Fotolar]


-

Mayın 12-də cəbhənin ön xəttində yeni hərbi hissə istifadəyə verilib.

Bu haqda Müdafiə Nazirliyi xəbər verir.

Yeni inşa edilən tikilinin qərargahdan, yeməkxanadan, qazanxana-camaşırxana-hamam kompleksindən və nəzarət-buraxılış məntəqəsindən ibarət olduğu bildirilir. Habelə, yeni tiklidə əsgər yataqxanası, inzibati, xidməti, ideoloji, istirahət və silah otaqlarının da olduğu qeyd edilir.

Açılışda müdafiə naziri Zakir Həsənov da iştirak edib. Nazirin yaxın kəndlərdə yaşayan və yeni inşa edilən hərbi hissədə işlə təmin edilən mülki heyətlə görüşərək onların şəraiti ilə də maraqlandığı bildirilir.

Nazir deyib ki, orduda son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlıq daha da güclənir. Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə zəruri işlər həyata keçirilir.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Azərbaycan tərəfi bildirir ki, 4 günlük aprel əməliyyatları zamanı əks hücuma keçərək Ermənistan silahlı bölmələrinin nəzarətində olan bir neçə strateji yüksəklikləri geri qaytarıb.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon ( Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG