Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:36

-

Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Mətbuat xidməti bildir ki, nazir ön xətdə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb.

*Cəbhədən çəkilmiş videoları izləmək üçün Youtube Kanalımıza abunə olun

Nazir müdafiənin dayanıqlığı, mühəndis-istehkam qurğularının hazırlığı, hərbi qulluqçuların döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti və sosial-məişət şəraiti ilə tanış olub.

Təmas xəttində yerləşən bölmələrdə qarşı tərəfi müşahidə edən nazirə ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edildiyi qeyd edilir.

Müdafiə naziri həmçinin Milli Qəhrəman, polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl növbəti polkovnik hərbi rütbəsini təqdim edib.

Nazirin aprel döyüşlərində fərqlənən hərbi qulluqçularla görüşdüyü, onlara qiymətli hədiyyələr təqdim etdiyi də bildirilir.

Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlər gedib. Hər iki tərəfdən onlarla əsgər həlak olandan sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Həmçinin baxın: Youtube Kanalımızda izləyin

ABŞ tankları Gürcüstana niyə gəlib?

DINLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun Radio proqramında (10 may)

Qadın döyüşçülərin Qarabağ xatirələri
Qafqazın ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun ölümündə doğrudanmı Mircəfər Bağırovun əli olub?

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (10 may)

Müəllimlərin maaşı yeni qayda ilə hesablanacaq

Şərhləri göstər

XS
SM
MD
LG