Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:24

-

Xarici işlər naziri Elmar Məmmədyarovla almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Görüşdən öncə hər iki nazirin jurnalistlər qarşısında birgə bəyanatla çıxış etdikləri bildirilir

Məlumatda qeyd edilir ki, dostluq və səmimi şəraitdə keçən görüşdə Azərbaycan-Almaniya münasibətləri müzakirə edilib.

Habelə, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarovun Azərbaycan və Ermənistan arasında qoşunların təmas xəttində yaranan son gərginlik barədə almaniyalı həmkarına ətraflı məlumat verdiyi qeyd edilir.

Mətbuat xidmətinin bildirməsinə görə, nazir əlavə edib ki, münaqişənin həllinə nail olmaqdan ötrü ilk növbədə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Görüşdə iki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edildiyi də qeyd edilir.

Xarici işlər naziri Elmar Məmmədyarov mayın 10-da Almaniyaya gedib.

O, bu gün həmçinin Almaniya kanslerinin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoysqenlə də görüşmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG