Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:17

►“Münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsi vacibdir”.

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya kanslerinin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoysqenlə görüşündə belə deyib.

Bu haqda nazirliyin saytı xəbər verir.

Görüşdə Azərbaycanın həm Almaniya, həm də Avropa Birliyi ilə münasibətlərinin müzakirə olunduğu bildirilir.

Eyni zamanda qeyd edilir ki, görüşdə enerji, iqtisadi əməkdaşlıq və Qarabağ münaqişəsi ətrafında da fikir mübadiləsi aparılıb.

Nazir Almaniyanın ATƏT-ə sədrliyi dövründə münaqişənin nizamlanmasına töhfə veriləcəyinə ümidvar olduğunu ifadə edib.

Xarici işlər naziri Elmar Məmmədyarov mayın 10-da Almaniyaya gedib.

Qarabağ danışıqları ATƏT-in Minsk Qrupun vasitəsilə aparılır. Bu qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

Qrupa Rusiya, Fransa və ABŞ həmsədrlik edir.

Azərbaycan rəsmilər tez-tez ATƏT-in Minsk Qrupunu fəliyyətsizlikdə qınayıblar.Həmin çıxışlarda bu məsələnin müzakirəsinin BMT Təhlükəsizlik Şurasında istənilməsi də öz əksini tapıb.

Əslində hələ 1993-cü ildə BMT Təklükəsizlik şurası Azərbaycanın işğal edilmiş rayonlarının qeyd və şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edilib.Ancaq bu qətnamələr yerinə yetirilməyib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon ( Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb. Ancaq sülh razılaşması əldə edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG