Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:14

-

İstəmədim, heç nə

demək istəmədim sənə.

Gözlərində iki çılğın ağac gördüm,

gülüşdən, mehdən, qızıldan iki ağac.

Yellənirdilər, istəmədim.

Sənə heç nə demək istəmədim.

***

Ölsəm

Açıq qoyun balkonu.

Uşaq portağal yeyir.
(Balkonumdan görürəm onu.)

Əkinçi zəmi biçir.
(Balkonumdan duyuram onu.)

Ölsəm
Açıq qoyun balkonu!

***

Axşam layla oxuyur

portağallara.

Bacım mahnı oxuyur:

"Dünya bir portağaldır"

və ağlamsınıb deyir:

Portağal olmaq istərdim.

Olmaz, quzum,

nə qədər istəsən də.

Olmaz, dönsən belə,

balaca bir limona.

Olmaz.

Heyif.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG