Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:52

Heç kəs klassikləri "oxuyuram" demir, hamı "yenidən oxuyuram" deyir


Italo Calvino
Italo Calvino

-

"Əsərləri oxuyub unuduruq, amma onların toxumu bizdə qalır."

Italo Calvino

(1923-1985)

Klassikləri niyə oxumalı?

Gəlin tərif verməklə başlayaq.

Klassik əsərlər o əsərlərdir ki, adamlar onların haqqında heç vaxt “oxuyuram” demirlər, “təkrar oxuyuram” deyirlər.

Özlərini yaxşı oxucu sayanlar arasında olur bu daha çox. Müəyyən yaşa çatmış cavan adamlar üçün klassiklərlə ilk dəfə tanış olduqlarını demək "yaxşı" sayılmır.

“Oxuyuram” felinin qarşısında “yenidən” sözünü işlətmək məşhur kitabı oxumadığını etiraf etməyə utananlar üçün balaca bir riyadır. Hərçənd, insan nə qədər çox oxuyan olursa olsun, yenə də oxumadığı nəhəng sayda kitablar qalacaq.

Əllər yuxarı, Herodotun və Furkididin külliyyatını oxumayan varmı! Bəs Saint-Simon? Cardinal de Retz necə?

19-cu əsrin böyük romanlarını belə, oxumaqdan çox haqqında danışırlar. Fransada Balzakı məktəbdə tədris etməyə başlayırlar, onun kitablarının tirajını nəzərə alsaq, elə düşünmək olar ki, məktəbdən sonra da Balzakı oxumağa davam edirlər, amma İtaliyada Gallup sorğusu keçirilsə, ən axırda Balzak gələr.

İtaliyada Dickenssevərlər balaca bir çevrədir; onlar görüşəndə Dickens’in qəhrəmanlarından və epizodlarından danışırlar, qulaq asanda elə bilərsən öz tanış-tunuşlarını müzakirə edirlər.

Emile Zola
Emile Zola

Vaxtilə Amerikada dərs deyəndə Michael Butor’a o qədər “Emile Zola-nı oxumusan?” sualı veriblər ki, Butor boğaza yığılıb, qərara gəlib ki, heç vaxt oxumadığı Emil Zola'nın “Rougon-Macquart” 20 cildliyini oxusun. Oxuyanda görüb ki, bu əsərlər onun təsəvvür etdiyindən tamamilə fərqlidir: nağılvari mifoloji və kosmoqonik ailə ağacı kimidir, sonra bu barədə gözəl bir məqalə yazdı.

Başqa sözlə, yetkin yaşda gözəl bir kitab oxumaq son dərəcə böyük həzzdir, onu gənc vaxtı oxuduğundan fərqli (böyük, ya kiçik demək olmaz) həzzdir. Gənci oxumağa vadar edən oxumağın çox vacib olması duyğusudur, gənc elə hər şeyə bu cür yanaşır: "vacibdirsə, edim". Yetkin yaşda isə insan daha çox xırdalıqları, qatları və mənaları qiymətləndirə bilir (və ya qiymətləndirməyə borcludur). Beləliklə, buradan növbəti tərifi çıxara bilərik:

“Klassik” o kitablara deyirik ki, onları başqaları oxuyub və sevib.

Əslində, gənc vaxtı oxumaq bəhərsiz olur, səbirsizlik, fikrin yayınması, məhsulun “təlimat vərəqəsi ilə” tanış olmamaq, həyat təcrübəsinin olmaması...

Biz kitabı yetkin yaşda yenidən oxuyanda başa düşürük ki, kitabın sabitləri bizim daxili mexanizmimizə çevrilib, sadəcə onların bizim içimizə haradan gəldiyini, mənşəyini unutmuşuq. Bir ədəbi əsər unudulur, amma onun toxumu bizdə qalır. Buna belə tərif verə bilərik:

3) Klassiklər o kitablardır ki, bizdə xüsusi təsir buraxırlar, fikrimizdən silindikləri zamansa yaddaşın qatlarında gizlənir, özlərini kollektiv və ya fərdi şüuraltı kimi gizlədirlər.

Ona görə də yetkin yaşımızda gəncliyimizin ən vacib kitablarına geri qayıtmalıyıq. Kitablar eyni kitablar olaraq qalsa da, özümüz çox güman ki, dəyişilmişik və bizim görüşümüz tamamilə yeni bir şey olacaq.

Odur ki, “oxumaq” və ya “yenidən oxumaq” felini işlətməyimizin o qədər də əhəmiyyəti yoxdur. Əslində deyə bilərik:

4) Klassikin hər dəfə yenidən oxunması birinci oxumaq qədər kəşşaflıqdır, səyahətidir.

5) Klassikin hər dəfə yenidən oxunması həqiqətən yenidən oxumadır.

6) Klassik demək istədiyini heç zaman deyib qurtarmayan kitaba deyilir.

7) Klassiklər o kitablardır ki, bizə qədər onların üzərində izlər olur, onlar öz arxalarınca kültürdə və kültürlərdə (sadələşdirsək, dildə və ənənələrdə) buraxdıqları təsiri daşıyırlar.

Klassiki oxumaq bizə sürpriz kimi gəlməli, yaxud o zamankı anlayışımızla indiki üz-üzə gəlməlidir.

Məktəblər və universitetlər bizə öyrətməlidir ki, kitab haqda danışan kitablar bizə o kitabın özündən artıq söz demir. Halbuki, əksinədir, giriş, biblioqrafiya, tənqidi qeydlər mətnin dediyini tüstü kimi tutur. Bunu belə yekunlaşdıra bilərik:

8) Klassik heç də bizə əvvəl bilmədiyimiz nəyisə öyrətməli deyil. Klassik əsərdə biz həmişə bildiyimizi aşkar edirik, amma heç bilmirik ki, o bildiyimizi birinci elə bu müəllif deyib, yaxud onun kitabıyla hər hansı şəkildə əlaqəlidir. Bundan növbəti tərifi çıxara bilərik:

9) Klassiklər hər dəfə yeni, təzə, gözlənilməz, düşündüyümüzdən fərqli olur.

(ardı var)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG