Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:08

Amerikanın ilk xalq şairi: Muzdlu əlçalan olmayacağam


Robert Penn Warren
Robert Penn Warren

"Məndən Ronald və Nancy Reagan'ların şərəfinə hər hansı şeir yazmağımı gözləməyin, bunu görməyəcəksiniz. Niyə yazım ki?!"

-

ABŞ-da belə bir fəxri ad var: Konqres Kitabxanasının Şair Laureatı, qısa adı: Poet Laureate.

ABŞ Konqres Kitabxanası 1937-ci ildən 1984-cü ilə qədər Poeziya üzrə Konsultant təyin edib. Sonra bu ad dəyişdirilib, olub indiki ad, yəni Poet Laureate.

Onun işi Konqres Kitabxanasında poeziya üzrə qiraət və mühazirələr seriyasının keçirilməsi üçün plan yazmaq, poeziyanı təbliğ etmək, şeir yazmaq və oxumaqdır.

O, 35 min ABŞ dolları alır, həmin pul dövlət büdcəsindən gəlmir, özəl hədiyyə fondundan verilir. Pul ona görə verilir ki, şair pul qazanmaq üçün narahat olmasın, yalnız şeir yazsın.

Bu fəxri adı alan birinci şəxs Robert Penn Warren olub. O, bu adı qəbul edərkən demişdi:

"Əlbəttə, bizdə bu status İngilis versiyasındakı kimi olmayacaq. Orada bu adı alan şair tacı vəsf edir. Məndən Ronald və Nancy Reagan'ların şərəfinə hər hansı şeir yazmağımı gözləməyin, bunu görməyəcəksiniz. Niyə yazım ki?!"

"Kiminsə pişiyinə oda yazan deyiləm."

"Muzdlu əlçalan olmayacağam".

27fevral, 1986-cı ilin "The Washington Post" qəzetinə istinadən Marjorie Garber'in "Patronizing The Arts" kitabı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG