Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:03

Xəzər sahilində meyit tapılıb


-

Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində növbəti meyit tapılıb. Fövqəladə Hallar nazirliyinin məlumatına görə, cəsədin ötən ilin dekabrında “Günəşli” yatağındakı 10 saylı platformada baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin olduğu ehtimal edilir.

Meyitin kimliyinin müəyyən edilməsi və Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında yanğın baş verib. Bu zamanı 64 nəfərdən 34 nəfər xilas edilib. 7 meyit dərhal aşkar edilib, sonra axtarış nəticəsində daha 6 meyit tapılıb. Qalan neftçilər, hələ də, itkin düşmüş sayılır və cəsədləri tapılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG