Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 06:00

Yazıçının azadlığı tələb edilir


Əkrəm Əylisli
Əkrəm Əylisli

-

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) Bakı aeroportunda yazıçı Əkrəm Əylislinin saxlanmasını pisləyir. Bu addımı sərhəd xidmətinin, eləcə də polisin vətəndaşın hərəkət sərbəstliyi hüququna qəsd sayır.

Komitənin yaydığı bəyanatda deyilir: «Ə.Əylisli əvvəlcədən xaricə çıxışının olmaması haqda məlumatlandırılmayıb. Ona qarşı qanunvericilik qaydasında hərəkət məhdudlaşdırılması tətbiq edilməyib. Üstəlik, onun sərhəd xidməti əməkdaşları ilə münaqişə yaratdığına görə saxlanması haqda Daxili İşlər Nazirliyinin sözçüsünün məlumatı ciddi şübhələr doğurur».

Komitə Ə.Əylislinin sərhəd xidməti əməkdaşları ilə birgə olduğu və polisə aparıldığı anlarla bağlı aeroportun müşahidə görüntülərinin yayılmasını istəyir .
Bəyanatda sonda da qeyd edilir ki, yazıçı dərhal sərbəst buraxılmalı, Venesiyada keçirilən beynəlxalq ədəbiyyat festivalında iştirakına şərait yaradılmalıdır.

XS
SM
MD
LG