Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:25

Əkrəm Əylisli sərbəst buraxıldı


Yazıçı Əkrəm Əylisli
Yazıçı Əkrəm Əylisli

-

Yazıçı Əkrəm Əylisli Bakı hava limanında saxlanılıb. Sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Yazı yenilənir. Ən son xəbər əvvəldədir.

Əkrəm Əylisli sərbəst buraxıldı...

Yazıçı Əkrəm Əylisli az öncə sərbəst buraxılıb. Bunu Azadlıq Radiosuna yazıçının oğlu Nəcəf Naibov deyib. Nəcəf Naibov bildirib ki, baş verənlərlə bağlı atası martın 31-də geniş bilgi verəcək.

Yazıçı Əkrəm Əylisli martın 30-da beynəlxalq kitab festivalında iştirak etmək üçün saat 5:11-də Venesiyaya uçmalı idi. Amma, oğlunun deməsinə görə, sərhəd xidməti yazıçıya xaricə çıxışına qadağa qoyulduğunu bildirib. Nəticədə yazıçı böyük oğlu İlyas Naibovla birgə Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsində saxlanıb. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu yalnız axşam saatlarında sərbəst buraxılıb..

DAVA SALIB?

Yazıçı Əkrəm Əylisli martın 30-da aeroportda buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığına görə saxlanılıb.

Bu haqda AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib.

“Aeroportda Ə.Əylisli ilə sərhəd xidməti əməkdaşları arasında münaqişə yaşanması haqda yayılan xəbərlərin heç bi əsası yoxdur”.

Bunu isə Azadlıq Radiosuna Əkrəm Əylislinin oğlu Nəcəf Naibov söyləyib.

____________________________________________________________

Əkrəm Əylisli "Daş yuxular" (Romanı oxu)

Yazıçı Əkrəm Əylisli tənqidlərə cavab verir, romanını anladır

Əkrəm Əylislinin qalmaqallı romanına reaksiyalar

Günel Mövlud: “Əkrəm Əylislinin romanı bir qaçqın kimi hisslərimi təhqir etmir” (Debat)

N.Cəfərov: «Əkrəm Əylisli yaxşı bilir əxlaqsız əsər yazıb» (Debat)

Şahvələd Çobanoğlu. Boş yuxular

Güntay Gəncalp. Əkrəm Əylisli savaşın pərdəarxasını yazmalıydı

Aslan Quliyev. Hansısa erməni yazıçısı Əkrəm kimi əsər yazıbmı?

Yazıçılar Birliyi "Daş yuxular"ı pislədi. Ə.Əylisli: "Müzakirə belə olmur"

Çingiz Hüseyn. “Daş yuxular” kimi əsər bizə lazım idi

Əkrəm Əylislinin tənqidlərə münasibəti

____________________________________________________________

Əkrəm Əylisli "Daş yuxular" romanını anladır

Əylislinin oğlu: “Atamın buraxılması gözlənilir”

“Atam, hələ də, buraxılmayıb ”.

Bunu Əkrəm .Əylislinin oğlu Nəcəf Naibov deyir.

Onun deməsinə görə, yazıçının buraxılmaq ehtimalı çoxdur: “Atamın buraxılacağı ilə bağlı bizə bəzi sözlər deyirlər. Amma hələ ki, bu söz olaraq qalır, atam buraxılmayıb. İndi atamın buraxılmasını gözləyirik ”.

Yazıçı Əkrəm Əylisli martın 30-da beynəlxalq kitab festivalında iştirak etmək üçün saat 5:11-də Venesiyada uçmalı idi. Amma, oğlunun deməsinə görə, sərhəd xidməti yazıçıya xaricə çıxışına qadağa qoyulduğunu bildirib. Hazırda yazıçı, böyük oğlu İlyas Naibovla birgə Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

Nəcəf Naibov: “Aeroportda heç bir insident olmayıb”

“Aeroportda Ə.Əylisli ilə sərhəd xidməti əməkdaşları arasında münaqişə yaşanması haqda yayılan xəbərlərin heç bi əsası yoxdur”.

Bunu Azadlıq Radiosuna Əkrəm Əylislinin oğlu Nəcəf Naibov söyləyib.

O, bu barədə deyilənləri uydurma adlandırıb: “Əksinə atamın buraxılmayacağı məlum olandan sonra, xidmətin əməkdaşları ilə söhbəti olub. Daha sonra polislər , atamı indi saxlandığı polis bölməsinə gətiriblər ”.

N.Naibov qeyd edib ki, səhər saat 9 radələrindən yazıçı bölmədədır və hələ də buraxılmayıb.

Yazıçı Əkrəm Əylisli martın 30-da beynəlxalq kitab festivalında iştirak etmək üçün saat 5:11-də Venesiyada uçmalı idi. Amma, oğlunun deməsinə görə, sərhəd xidməti yazıçıya xaricə çıxışına qadağa qoyulduğunu bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi isə Azadlıq Radiosuna demişdi ki, yazıçı ilə sərhəd xidməti əməkdaşları arasında aeroportda münaqişə yaşanıb. Bu üzdən hazırda araşdırma gedir

+++

Yazıçı Əkrəm Əylisli hazırda Hava Nəqliyyatındakı Polis İdarəsindədir. Bu haqda AzadlıqRadiosuna yazıçının oğlu Nəcəf Naibov məlumat verib.

Daxili İşlər Nazirliyi yazıçının aeroportda buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığına görə saxlandığını bildirib. N.Naibov bununla bağlı deyib: «78 yaşlı ağsaqqal adam nə münaqişə edə bilər ki?».

Ə.ƏYLİSLİ HƏLƏ DƏ POLİS BÖLMƏSİNDƏDİR

Bu gün səhər saatlarından Bakı aeroportunda saxlanılan yazıçı Əkrəm Əylisli hələ də buraxılmayıb. Yazıçı Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı polis bölməsindədir. Bu haqda AzadlıqRadiosuna yazıçının oğlu Nəcəf Əylisli danışıb.

O qeyd edib ki, atası bu gün Venesiyada keçirilən kitab festivalında iştirak etmək istəyirmiş:

«Səhər saat 9-dan atam da, qardaşım da aeroportdakı polis bölməsindədir. Amma buna qədər atam bir neçə dəfə xaricə gedib. Amma ona hansısa qadağa tətbiq olunması haqda heç nə deyilməyib. Elə son dəfə 2014-cü ilin yayında Türkiyədə olub. O zaman da saxlanmayıb», -deyə Nəcəf Əylisli qeyd edib.

Kitab festivalının aprelin 2-nə kimi davam edəcəyi bildirilir.

ÖLKƏDƏN ÇIXMAĞA QOYMADILAR

Yazıçı Əkrəm Əylisli martın 30-u səhər Bakı aeroportunda saxlanılıb.

Onun Venesiyada keçirilən kitab festivalına getmək istədiyi bildirilir.

Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı imiş. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Həyat yoldaşı Qalina Əylislinin bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu bildirilməyib.

Q.Əylislinin dediyinə görə, əri böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

Ə.Əylisli 2013-cü ildə yazdığı «Daş yuxular» əsərinə görə Azərbaycanda bəzi insanların qəzəbinə gəlmişdi. Ona qarşı hökumətyönlü mediada kampaniya başlamışdı. Ə.Əylislini yazdığı bu əsərdə erməni təbliğatı aparmaqda ittiham edirdilər. Hətta onun bəzi kitabları yandırılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG