Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:18

-

"Hər ilin mart və oktyabr aylarında saatların irəli-geri çəkilməsi praktikası coğrafi ərazisi böyük olan ölkələr üçün effektivdir."

Bu düşüncədə olan Milli Elmlər Akademiyasının alimləri hesab edirlər ki, ölkədə yay-qış vaxtına keçid məsələsinə yenidən baxılmalıdır.

Milli Elmlər Akademiyasından Report-a bildiriblər ki, bu məsələ akademiyanın Rəyasət Heyətində əlaqəli alimlərin iştirakı ilə geniş müzakirə olunub.

Müzakirələr sonucu qərara gəlinib ki, ölkədə yay-qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına səbəb olur. Habelə, informasiya texnologiyaları sahəsində bəzi çətinliklər meydana çıxır. Üstəlik, yay-qış vaxtına keçid nəticəsində əldə olunan iqtisadi səmərə, enerjiyə qənaət əhəmiyyətli dərəcədə deyil.

Akademiklər GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycanda yay-qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif ediblər. Onlar qərarın elmi əsaslandırılmış dəlillərə söykəndiyini bildirir.

Ancaq coğrafi ərazi ölçüləri baxımından dünyanın ən iri dövlətlərindən olan Rusiya ötən il yay-qış vaxtlarına keçid praktikasını ləğv etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG