Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:42

İtaliyada və Azərbaycanda ən çox satılan kitablar


Türkmənistanda bir kitab dükanı
Türkmənistanda bir kitab dükanı

-

Ayrı-ayrı ölkələrinin kitab saytlarında hər həftə ən çox satılan kitablarının onluğu çap olunur. Dünya kitab prosesini izləmək üçün bu siyahıları oxumaq, sonra siyahıdakı yazıçıların nə yazdığını İnternetdəcə araşdırmaq yaxşı üsullardan biridir.

Məsələn, İtaliyanın kitab saytlarında bu həftə ən çox satılmış kitabların siyahısı çıxıb yenə. Siyahıdakı bütün müəlliflər italyanlardır, müasir italyan yazıçılarıdır.

1 Chiara Gamberale, Adesso, Feltrinelli
2 Antonio Manzini, Cinque indagini romane per Rocco Schiavone, Sellerio
3 Andrea Camilleri, Noli me tangere, Mondadori
4 Antonio Dikele Distefano, Prima o poi ci abbracceremo, Mondadori
5 Fabio Volo, E’ tutta vita, Mondadori
6 Andrea Camilleri, Le vichinghe volanti, Sellerio
7 Elena Ferrante, L’amica geniale, e/o
8 Cristina Chiperi, My dilemma is you 2, Leggereditore
9 Cleo Toms, Le #piccolecose che amo di te, Rizzoli
10 Roberto Costantini, La moglie perfetta, Marsilio

Burada bütün Qərb ölkələrinin betselleri Elena Ferrante var, amma müəlliflərin çoxunun İtaliyadan kənarda bircə cümlələri belə, çap olunmayıb. Onlar xalis İtaliya yazıçılarıdır. Öz mədəniyyətləri daxilində öz ölkələrinin oxucularıyla harmoniya içərisindədirlər: italyan yazıçılar yazırlar, italyan oxucular da alıb oxuyurlar.

Azərbaycanın bənzər onluqlarında heç bir həftə ən çox satılan yazıçılar başdan-ayağa yerli müasir yazıçılar olmur. Halbuki, ortalıqda bu qədər yazıçımız var.

Bu məsələ dəfələrlə müzakirə edilib. Hər dəfə yerli yazıçılar kitab mağazalarını xarici yazıçıları daha çox təbliğ etməkdə, kitab mağazaları isə yazıçıları oxucu üçün yaxşı yaza bilməməkdə ittiham ediblər. Həqiqət adətən orta nöqtədə olur.

Budur, Azərbaycanın bu ay çox satılan kitablarının siyahısı:

1. Mümin Sekman “Hər şey səninlə başlar”

2. John Green “Eyni ulduzun altında”

3. Marc Levy “Bir birimizə demədiyimiz sözlər”

4. OSHO “Emosiyalar”

5. Marc Levy “Yenidən başlamaq mümkün olsaydı”

6. Dale Carnegie “Dostları necə qazanmalı və insanlara

təsir etməli”

7. Robin Sharma “Ferrarisini satan Rahib”

8. Marc Levy “Bəlkə də bu həqiqətdir”

9. Marc Levy “Haradasan”

10. Dan Brown “Da Vinçi şifrəsi”

XS
SM
MD
LG