Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:47

İlham Əliyev Dmitri Roqozini qəbul edib.

“Azərbaycan məhsullarının Rusiyaya ixracının həcminin artırılması ilə bağlı fəal iş aparılır”.

Prezident İlham Əliyev Rusiya baş nazirinin müavini Dmitri Roqozinlə görüş zamanı belə deyib.

APA-nın xəbərinə görə, prezident bildirib ki, D. Roqozinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaradır.

Azərbaycanla Rusiya arasında fəal siyasi münasibətlərə toxunan
İ. Əliyev qeyd edib ki, prezidentlərin mütəmadi əlaqələri mövcuddur. Həm şəxsi təmaslar, həm də telefon danışıqları zamanı Rusiya prezidenti ilə çoxlu vacib məsələləri müzakirə edir. Gündəlikdə duran bir çox məsələlərlə bağlı qarşılıqlı anlaşma əldə edirlər.

İ. Əliyev iki ölkə arasında ticarət əlaqələrdən də danışıb.

O, deyib ki, Rusiya ixracının Azərbaycanın idxalında mühüm yerlərdən birini, hətta birinci yeri tutmasında maraqlıdırlar.
Prezidentin deməsinə görə, iki ölkənin əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir.

Azərbaycan prezidenti həmçinin regional miqyasda əməkdaşlıq formatının yaradıldığını, regional forumların keçirildiyini, bu istiqamətdə müsbət dinamikanın müşahidə olunduğunu deyib.
Dövlət başçısı qeyd edib ki, bu işə hər iki ölkənin siyasi rəhbərliyi təkan verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG