Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 23:33

"Ulduz" jurnalının fevral sayında nə var?


Jurnal
Jurnal

-

“Ulduz” jurnalının fevral sayı işıq üzü görüb.

Jurnal Azərbaycan Universitetinin filologiya və jurnalistika kafedrasının müdiri Ülviyyə Rəhimovanın “Yazının mistikası” yazısı ilə açılır. Jurnalın bu sayında Kərbəlayı Həci Xanəmir Bağdadi “dialoqun qalığı...”ndan danışır.

Səxavət Sahil “Romanın qəhrəmanı olan – Jorj Sand”ın yaradıcıllğından söz açır. Bu dəfə “Debüt” Emil Hacılının şeirlərini təqdim edir.

“Uşaqdan böyüyə” rubrikasında Dəniz İsamyılova hekayələri çap olunub. “Tərcümə saatı”nda Radomir Andriçin “Uçuşa vərdiş” kitabının “Açar uşaqların əlindədir” hissəsini Səlim Babullaoğlu Yekaterina Paniçinin sətri tərcümələri əsasında oxuculara təqdim edir.

AYB-nin ədəbi seksiyalarının “Müzakirə klubu” yazıçı Məmməd Orucun “Qısa qapanma” romanının müzakirəsini oxucuların ixtiyarına verir.

“Şeir vaxtı”nda Nilufər Şıxlı və Fərqanə Mehdiyevadır. İstanbulda yaşayan Leyla Hüseynbəylinin “Nostalji” hekayəsi çap olunub .

Vaqif Nəsib bu dəfə “3 adamın gömgöy günü”ndən yazır. “Qürbət yazıları”nda Vahid Qazi “Salam, Gülsarı!”nı xatırlayır. Nahid Şəmşir “Kurort romanı”nı, İltimas Səmimi şeirlərini təqdim edir. “Dərgidə kitab” da Faiq Hüseynbəylinin şeirləri çıxıb. Həmçinin tələbə-memar Gülər Hacıbəylinin yaradıcılığı təqdim olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG