Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:53

Niyə azdır? Kağız çatmırmı, yoxsa jurnal satılmır? Səbəb nədir?

-

1997-ci il oktyabrın 29-da Heydər Əliyevin gənc şair və yazıçılarla görüşündən:

Heydər Əliyevin giriş sözü:

"…Əsrimizin sonunda Azərbaycanın gənc yazıçıları ilə mən görüşə gəlmişəm. Əksəriyyətinizlə şəxsən tanış deyiləm. Təəssüflər olsun ki, sizin əsərlərinizi oxuya bilməmişəm. Həqiqəti etiraf etməliyəm.

Lakin bilirəm ki , həyatımızın ən ağır illərində, əsrin əvvəllərində, Oktyabr inqilabından sonrakı dəyişikliklər dövründə, 1937-1938-ci illərin çətin repressiya şəraitində Azərbaycanda yazıçı nəsilləri ara vermədən biri-brini əvəz edib. İtkilər, repressiyalar nəticəsində dünyasını dəyişənlər olubdur. Ancaq yazıçılar nəsli ardıcıl olaraq yaşayıb və inkişaf edibdir. İndi biz tariximizin mürəkkəb keçid dövrünü yaşayırıq. Çox sevindirici haldır ki, bu dövrdə bizim yazıçılar nəsli daim yaşayır, yaradır, nəsillər arasında boşluq yoxdur…"


"…Heydər Əliyev: Birincisi, dərhal "Ulduz" jurnalı haqında demək istəyirəm, dediniz ki, jurnal ildə bir dəfə çıxır. Niyə? Vəsait çatmır?
Anar: Bəli, vəsait çatmır.
Heydər Əliyev: Aydındır. İldə neçə dəfə çıxara bilərsiniz?
Vaqif Yusifli: On iki dəfə.
Heydər Əliyev: Jurnalın bu qədər nömrəsini buraxmaq üçün əsərləriniz var?
Anar: Yox, on ikiyə çatmaz. Altı nömrə buraxmaq olar. Əgər vəsait olarsa.
Heydər Əliyev: Altı nömrə. Yaxşı bunu mən nəzərə alaram.
Elçin: Bunlar aylıq jurnallardır.
Heydər Əliyev: Bilirəm, aylıq jurnallardır"

"…Heydər Əliyev: Axı, dedilər ki, "Azərbaycan" jurnalı çıxır, lakin tirajı azdır. Elədirmi?
Elçin: Bəli, tirajı azdır.
Heydər Əliyev: Niyə azdır? Kağız çatmırmı, yoxsa jurnal satılmır? Səbəb nədir?
Anar: Vəsait çatmır, ikincisi də maraq azalıb. Hətta jurnalın çıxan nömrələri bəzən satılmır..."

Günün bütün mövzuları

XS
SM
MD
LG