Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:05

Azərbaycan iqtisadiyyatı "qismən azad" qiymətini alıb


Dünayda iqtisadi azadlıq xəritəsi
Dünayda iqtisadi azadlıq xəritəsi

“Dünya iqtisadiyyatı qismən azaddır”. “4-cü ildir ki, dünyada iqtisadi azadlıq artır”. Bunu 2016 İqtisadi Azadlıq İndeksi bildirir. Bu hesabatı hər il Wall Street Journal qəzeti və Heritage Fondu birlikdə hazırlayır.

Dünyada iqtisadi azadlığın orta qiyməti 60,7 olub , bu da İndeksin hazırlandığı bu 22 ildə rekorddur.

Son bir ildə iqtisadi azadlıq 97 ölkədə yaxşılaşıb, 74 ölkədə pisləşib. Hesabat 178 ölkəni əhatə edir.

22-ci ildir ki, dalbadal dünyanın iqtisadi azadlıq liderləri Honq Konq və Sinqapurdur. Onlar yenə də 1-ci və 2-ci yerdədirlər.

Azərbaycan siyahıda 91-ci yerdədir və “qismən azad” ölkələr sırasındadır.

MDB ölkələrindən yalnız Gürcüstan “daha çox azad” və ya başqa sözlə, "əsasən azad" qiymətini alıb. Gürcüstan dünyada 23-cü yerdədir.

Rusiya “əsasən qeyri-azad” qiymətini alıb və 153-cü yeri tutur.

Ermənistan “qismən azad”dır və 54-cüdür.

Bir sıra ölkələrdə isə iqtisadi azadlıq “repressiya olunan”,boğulan qiymətini alıb. Bu ölkələr sırasına Belarus, Ukrayna, Özbəkistan, İran, Türkmənistan daxildir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG