Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:53

Kitab Klubu "ödənişdən qonorara" formatıyla jurnal buraxır


Jurnalın keçmiş sayları
Jurnalın keçmiş sayları

-

Pulla çap olunmaq Azərbaycanda həmişə olub. Olmayan şey - yazarın pulsuz kitab çap etdirməsi, bədii əsərinin əvəzinə qonorar almasıdır.

İndi isə Kitab Klubunun 2003-cü ildən çap etdiyi "Azərbaycan nəşrləri" jurnalı "self-publishing"in yeni formatını tətbiq etdiyini elan edib.

Çap olunmaq istəyən hər hansı yazarın mətni səhifə hesabı ödənişlə (1800 işarə 5 manata) jurnalda çap ediləcək. Sonra jurnalda pulla çap olunan bu yazarların adları www.kitabklubu.org internet səhifəsindəki reytinq cədvəlinə daxil ediləcək. Yazıçının reytinqi artdıqca, növbəti əsərlərinin çapı üçün etdiyi ödəniş azalacaq və son nəticədə yazıçı jurnalda pulsuz çap ediləcək.

Jurnalın dediyinə görə, "azala-azala, nəhayət, qonorarla əvəz olunacaq, yaxud ayrıca kitabı buraxılacaq və o, kitabın satışından qazanc götürəcək."

Formatın adı da "Ödənişdən qonorara".

Elxan Rzayev
Elxan Rzayev

Kitab Klubunun rəhbəri Elxan Rzayev OxuZalına yeni format haqqında məlumat verib.

- Kitabların maya dəyəri artır, yəni kitab çapı bahalaşır, kitab alanların maliyyə imkanları azalır. Hələ oxuculara tanış olmayan yazarların qiymətli yazıları kitab şəklinədə nəşr etdirmək imkanı olmadığından, üzə çıxarıla bilmir.

Belə bir vəziyyətdə ədəbiyyatın inkişafının zəifləməsinin qarşısını almaq, bir nəfəslik yaratmaq üçün imkanların birləşdirilməsi lazımdır.

Bu formatda, çap edilməsi planlaşdırılan kitablardan hissələri də verib, onların potensial oxucu-alıcılarının sayını artırmaq (müəyyən etmək) olar.

- Pulunu verən hər kəs hər nə yazsa, çap ediləcək. Bəs bu jurnalı vahid ədəbiyyat jurnalı saymaq olarmı?

- Yeni formatda rubrikalar olacaq: İlk nəşr rubrikası, ustad (dəvət edilmiş) yazıçının əsəri, tanış simalar (əsərləri ikinci, üçüncü və s. dəfə çap edilənlər). Yeni tərcümələr rubrikası (böyük tərcümələr hissə-hissə bir neçə nömrədə verilə də bilər), yeni kitablar (çapdan yeni çıxmış kitablar haqqında qısa məlumat), tənqidi məqalə və rəylər də olacaq, ustad dərsləri də olacaq.

- Onlar da ödənişlə çap ediləcək?

- Jurnalda pulla çap edilmiş materiallar haqqında tutarlı tənqidi yazılar və orijinal rəylər, habelə ustad dərsləri məqalələri ödənişsiz dərc edilir.

- Bəs tiraj nə qədər olacaq?

- Janr və dil məhdudiyyəti yoxdur. 200 nüsxə olacaq tiraj. Jurnalın bir nüsxəsi jurnalda materialı çap edilmiş yazara pulsuz verilir.

- Göndərilən yazılar redaktə olunacaq?

- Redaksiya, əsərlərdə yazarın üslubunu tam saxlamaq üçün, yalnız Azərbaycan dilinin qrammatikası kobud şəkildə pozulan və senzuradan kənar ifadələr işlədilən hallarda müdaxilə edə bilər. Yəni, Oxucu, biz ancaq təqdim edirik, seçim sənindir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG