Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:12

N.Hikmət Evinin rəhbəri: "Bu ev həm də azərbaycanlılara məxsusdur"


Nazim Hikmet Moskvada
Nazim Hikmet Moskvada

-

Həyatı Türkiyə-Azərbaycan-Rusiya arasında keçmiş böyük türk şairi Nazim Hikmət ölənə qədər Türkiyəyə buraxılmadı. Bu günsə onun 114 yaşı münasibətilə İstanbulda Nazim Hikmət Mədəniyyət və İncəsənət evi Fondu açılıb. İstanbulda Şişli bələdiyyəsinin təsis etdiyi bu mərkəzdə şairin adına kitabxana, teatr və musiqi salonu, dostu Abidinin şərəfinə otaq var.

Mədəniyyət evinin direktoru Kıymet Coşkun APA-ya deyib ki, bu ev həm də azərbaycanlılara məxsusdur.

“Mən bütün qəlbimlə azərbaycanlı qardaşlarımı salamlayıram, onlar 1920-ci ildə Nazim Hikmətin ilk şeir kitabı çıxanda onu seviblər, onu 1950-ci illərdə də seviblər, onu ölənə qədər də seviblər.”

Türkiyənin ikinci prezidenti İsmet İnönünün nəvəsi Xeyri İnönü, Nazim Hikmətin ilk kitabının Azərbaycanda çıxdığını xatırladıb və deyib:

“Biz hamımız bununla fəxr edirik. Nazim Hikmətin yaradıcılığı bizim ölkələrimiz arasında ədəbiyyat, sənət, mədəniyyət körpüsü olub.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG