Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:06
-

Əsərləri uzun illər Türkiyədə yasaq edilmiş və yalnız son illərdə şəxsiyyəti və yaradıcılığına layiq olduğu sayqı göstərilməyə başlanan məşhur şair Nazim Hikmətə İstanbulda abidə ucaldılıb.

"İki qitəyə Nazim Hikmət Köprüsü" adlanan abidə şairin 112-ci doğum günündə Sənətçilər Parkında açılıb.

Beşiktaş Bələdiyyəsi və Nazim Hikmət Vəqfinin sifarişi ilə hazırlanan abidənin açılışına şairin dostu, böyük türk yazıçısı Yaşar Kamal da qatılıb.

Solçu olduğu, Türkiyədə həbs edildiyi, daha sonra SSRİ-yə köçdüyü üçün indi də vətənində Nazim Hikmətə münasibət birmənalı deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG